internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistan - Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları

 
 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan rəhbərliyi arasında  keçirilən görüşlərin xronologiyası

 
 
 
 
 
 
 

“Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”(QESAM) dövlətimizin strateji maraqlarına uyğun ölkəşünaslıq baxımından sistemli məlumat sorğu mənbələri hazırlayan, strateji araşdırmaların əhəmiyyətini anlayan, ölkəmizin bu sahədə ehtiyaclarını qarşılamağı məqsədi bilən vətənsevər insanların fəaliyyət cəhdidir.
QESAM ölkəmizin və bölgəmizin problemlərini öyrəndikdən sonra “biz bunu təklif edirik” prinsipi üzrə konkret işlər görməyi hədəf alan müstəqil araşdırma mərkəzidir.
QESAM-ın tədqiqatlar dairəsinə Qafqazda baş verən ictimai, siyasi, iqtisadi, hərbi, təhlükəsizlik, sosial və mədəni proseslərlə bağlı məlumatların toplanması, analiz edilərək işlənməsi, dəyərləndirilməsi və məntiqi nəticələr çixarılması daxildir.
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi  02 sentyabr 2006-ildə Bakı şəhərində Yaqub Arif oğlu Yaqubov tərəfindən təsis edilmiş, 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dovlət qeydiyyatına alınmışdır. 
 
 
..: Məqsədimiz :..
QESAM-ın məqsədi dünyadakı prosesləri izləyərək Qafqazın və Qafqaz dövlətlərinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinə; tarixi, mədəni, sosial, iqtisadi, siyasi və geopolitik quruluşuna; daxildəki sosial, siyasi, hərbi, iqtisadi və mədəni problemlərinə istiqamətlənmiş strateji araşdırmalar aparmaq, təhlili nəticələr çıxarmaqdır. Və həmçinin:
- dünyanın güc mərkəzlərinin region və region dövlətləri ilə bağlı siyasətlərini təhlil etmək;
- ictimai, siyasi, iqtisadi, sosial, hərbi və təhlükəsizlik problemlərinin mövcud olduğu Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olması istiqamətində çalışmaq;
- Azərbaycanın regionda siyasi, iqtisadi və hərbi baxımından güclənməsi istiqamətində fəaliyyət göstərmək;
- bölgənin və dünyanın digər strateji araşdırmalar mərkəzləri ilə əlaqələr qurmaq;
- gələcəkdə fəaliyyətimizi genişləndirməklə mərkəzimizi bir araşdırma institutuna çevirmək.