internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan rəhbərliyi arasında keçirilən görüşlərin xronologiyası

 

19.11.2013-cü il:

- Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın növbəti görüşü olmuşdur. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdir. Prezidentlər arasında baş tutan görüşün ardından ATƏT-in yaydığı bəyanatda 2013-cü il dekabrın 5-6-da ATƏT-in Nazirlər Şurasının növbəti sammitində iki ölkənin xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığı bildirilmişdir.


23.01.2012-ci il:

-  Soçidə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına  əsasən bəyanat qəbul etmişlər. Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər


24.06.2011-ci il:

-  Prezident İlham Əliyevin  Kazan Kremlində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Sonda dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına  əsasən bəyanat qəbul etmişlər.


05.03.2011-ci il:

-  Soçidə “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüşü olmuşdur. Üçtərəfli görüşündən sonra dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa  əsasən birgə bəyanat qəbul etmişlər.


27.10.2010-cu il:

-  Həştərxanda Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.


17.06.2010-cu il:

-  Prezident İlham Əliyevin Sankt-Peterburqda,  “Konstantinovski” sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.


25.01.2010-cu il:

-  Prezident İlham Əliyev Soçinin “Adler” Beynəlxalq hava limanında Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanla görüşmüşdür. Daha sonra Rusiya  Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüş olmuşdur.


09.10.2009-cu il:

-  Kişinyovda Prezident İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur.


18.07.2009-cu il:

-  Moskvada Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə üçtərəfli görüşü olmuşdur.


17.07.2009-cu il:

-  Moskvada Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə görüşü olmuşdur


04.06.2009-cu il:

-  Sankt-Peterburqda Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan ilə birgə görüşü olmuşdur. Sonra Ermənistan prezidenti Serj Sarkisyan ilə təkbətək görüş olmuşdur.


07.05.2009-cu il:

-  Praqada, ABŞ səfirliyinin iqamətgahında Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşmüşdür.


28.01.2009-cu il:

-  İsveçrənin Sürix şəhərində Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşmüşdür.


02.11.2008-ci il:

-  Moskvada, Rusiya Prezidentinin iqamətgahında  – "Mayn Dorf" qəsrində Prezident İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür.

-  Moskvada, Rusiya Prezidentinin iqamətgahında  – "Mayn Dorf" qəsrində Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə danışıqları üçtərəfli formatda davam etdirmişdir. Danışıqların yekunu olaraq bəyannamə imzalamışdır.


06.06.2008-ci il:

-  Sankt-Peterburqda Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşdür.


09.06.2007-ci il:

-  Sankt-Peterburqun "Konqreslər sarayı" dövlət kompleksinin "Baltik  ulduzu" mehmanxanasında Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür. 


28.11.2006-cı il:

-  Minskdə Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.


 04.05.2006-cı il:

-  Buxarestdə Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.


11.02.2006-cı il:

-  Paris yaxınlığındakı Rambuye sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşü olmuşdur.


10.02.2006-cı il:

-  Paris yaxınlığındakı Rambuye sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan Respublikasının prezidenti Robert Koçaryan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü olmuşdur.


27.08.2005-ci il:

-  Kazanda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.


15.05.2005-ci il:

-  Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə görüşmüşdür.


15.09.2004-cü il:

-  Astanada Prezident İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan və Minsk qrupu həmsədrləri  – Yuri Merzlyakov, Stiven Mənn, Anri Jakolən ilə görüşmüşdür. Sonra Ermənistan prezidenti Robert Koçaryanla təkbətək görüş olmuşdur. Astanaya səfər prezident İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə üçtərəfli görüşü ilə başa çatmışdır və sonda prezidentlər bəyanatla çıxış etmişlər.


28.04.2004-cü il:

-  Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşü olmuşdur. Təkbətək görüşdən sonra prezident İlham Əliyev bəyanatla çıxış etmişdir.


11.12.2003-cü il:

-  Cenevrədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Respublikasının prezidenti Robert Koçaryan ilə görüşmüşdür.

Yüklə