internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

Ermənistanda siyasi proseslər və onlara baxış (müxtəlif yanaşmalar)

 

Yaqub Yaqubov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə, Sosiologiya və Hüquq institutunun
“Politologiya  və Siyasi sosiologiya şöbəsi” nin dissertantı

yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

 

Ermənistan siyasi tarixinin müasir mərhələsinin müxtəlif erməni politoloqlarının gözü ilə araşdırılması elmi maraq doğuran məsələlərdəndir. Erməni müəlliflərinin özlərinin yazdıqları məqalələr erməni siyasi siteminin əslində şikəst bir orqanizm olduğunu otaya qoymaqdadır. 2003-cü il prezident seçkilərindən bir araşdırma yazan Artur Xaçatryanın məqləsi də göstərilən kateqoriyaya aid ola bilər.[1] Xaçatryanın çıxış nöqtəsi erməni dili ilə erməni siyasi həqiqətlərinin ortaya çıxarılmasında olduqca maraqlıdır. Müəllif hesab edir ki, erməni siyasi sistemi öz daxilində və xaricində davam edən bir münaqişə halından təsirlənməkdədir. 2003-cü il seçkiləri öncəsi ölkədə olan siyasi partiya və təşkilatların fəaliyyətlərini araşdıran Xaçatryan erməni cəmiyyətində davamlı kataklizmlərinin mövcudluğundan söz açır.

Erməni siyasi dairələrində və politoloji ədəbiyyatında erməni ideyalogiyasını təhlükəsizlik strategiyaı ilə bağlamaq cəhdləri vardır. Levon Mikaelyan da belə müəlliflər kateqoriyasına daxildir. Müxtəlif erməni politoloqraının fikirlərini şərh edən müəllifə görə min illər erməni siyasi düşüncəsinin mövcudluğuna baxmayaraq indiki rəhbərlik dövlət ideyalogiyasını işləyib ortaya çıxara bilmir. Daha sonra Levon Mikaelyan erməni iqtidarını ittiham edir ki, rəhbərlik erməni millətinin gələcəyini Moskva, Brüssel və Vaşinqton arasında axtarır.[2] Amma müəllif yəqin ki, bilmir ki, erməni cəmiyyəti öz siyasi və mövcudluq suallarına cavabı daim digər ölkələrdə və paytaxtlarda axtarmışdır.

Sosial elmlər və tarixin çağırışları mövzusu da erməni siyasi və elmi-siyasi dailərində çox müraciət edilən məsələlərdəndir. Erməni professor Aleksandr Manasyan “De-fakto” agentliyinə məsələ ilə bağlı fikirlərini açıqlamışdır. Bu erməni alimin fikirlərindən belə nəticəyə gəlmək olur ki, ermənilər üçün Dağlıq Qarabağın işğalı göydən düşmə bir hadisə olmuşdur. Erməni siyasi düşüncəsi məhz bunun nəticəsində real bir şey əldə edə bilmişdir. Aleksandr Manasyanın fikrincə erməni elminin başlıca vəzifəsi erməni siyasi özünüdərk məsələlərini araşdırmaqdır.onun fikrincə daxili siyasi proseslər xüsusilə öyrənilməlidir. Çünki SSRİ-nin dağılması ilə müxtəlif partiya ideyalogiyalarının Ermənistanda yayılması erməni submədəniyyətinə zərbə endirə bilər.[3] Görünür Manasyan erməni submədəniyyəti anlayışının olmamasını saxta araşdırmalarla konpensasiya etməyin mümkünlüyünü düşünür.

Erməni siyasi sistemi və Ermənitanda baş verən hadisələr bir sıra əcnəbi politoloqların da daim diqqət mərkəzində olmuşdur. Bu baxımdan Rusiya politoloqlarının adını xüsusiə çəkmək lazımdır. Rusiya Ermənistanı Cənubi Qafqazda yeganə hərbi-siyasi müttəfiqi bilir. Buna görə rusiyalı alimlərin erməni siyasi sisteminə və hadisələrinə göstərdikləri maraq yuxarıdakı məntiqə söykənməkdədir. Bunların arasında Ermənistana və erməni problemlərinə daha çox diqqət yetirənlərdən biri də Sergey Markedonovdur. Onun məqalələrindən birində olduqca diqqəti çəkən və erməni kimliyinin əsl mahiyyətini ortaya qoyan bir nəticəyə gəlinmişdir. Bu nəticənin arxasında hansı motivin dayandığı isə Markedonov özü bilər. Amma nəticə çox maraqlıdır. Markedonov yazır ki, Köçəryanın 1 mart hadisələri zamanı etdikləri heç də hakimiyyətdə təmsil edilənlərin hamısı tərəfindən təqdir edilmirdi. Fəqət Köçəryanın Haaqada mühakimə olma ehtimalı gündəmə gələndə erməni siyasi hakiyyəti birləşir.[4]

Başqa bir məqaləsində Markedonov Serj Sarqsyanın hakimiyyətinin 100 gününü təhlil etməkdədir. Markedonovun fikrincə Serj Sarqsyanın hakimiyətinin ilk 100 günündə o özünü daxili siyasətdə elə də göstərə bilməmişdir. Məqalələrindən birinin adını isə Markedonov döyüşdən sonra Ermənistanda yeni siyasi peyzaj qoymuşdur.[5] Tədqiqatçının fikrincə bu seçkilərdən sonra Ermənistan müxalifətinin Ter-Petrosyanın timsalında taktiki dəyişiklik etməsinə ehtiyac vardır.

Beləliklə, Ermənistanın yaşadığı iqtisadi böhran, ictimai bir böhranı da özü ilə gətirmişdir. Xüsusilə kasıblıq nisbətinin son dərəcə yüksək olması və gəlir dağılımındakı ədalətsizlik qloballaşma müddətinin Ermənistan üzərindəki mənfi təsirləri olaraq diqqət çəkməkdədir. Xüsusilə qadın haqları və insan haqqları sahəsində böyük əskikliklər mövcuddur. Hər nə qədər təhsil və sağlamlıq sahəsində, ünsiyyət texnologiyaları sahələrində əhəmiyyətli addımlar atıldısa da ümumiyyətlə ictimai quruluşun gücləndirilməsi və bütün bərabərsizliklərin aradan qaldırılması üçün hələ çox işlər görülməlidir. Bu isə Ermənistanın durumunun heç də ürək açan olmadığını göstərməkdədir. Təəssüf ki, bu vəziyyəti ilə belə Ermənistan Azərbaycana qarşı öz təcavüz siyasətini davam etdirməkdədir.

Ermənistanın insan haqqları sahəsindəki vəziyyəti ümidvericidən uzaqdır. Yalnız bir ildə həbsdə işgəncə səbəbiylə öldüyü təsbit edilən şəxslərin sayı beşdir və bu ölümlər səbəbiylə mühakimə olunub cəza alan polis yoxdur.[6] Ayrıca Ermənistanda bir çox yüksək rütbəli məmur və siyasətçi son illərdə üstü açılmamış cinayətlər nəticəsində öldürülmüşdür. Bu öldürülənlərin arasında Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyi Məsləhətçisi Artsın Marqarian, Ermənistan Dəmiryolları müdiri Hambartzum Qandilian, Müdafiə nazirliyi Məsləhətçisi Vahram Xorxoruni, Ermənistan Baş prokuroru Henrik Kaxatrian və Aştarak Bölgəsi Mərkəzi İcra Komitəsi Başçısı Hovannes Sukiasian kimi məşhur similar vardı[7]. Yalnız ən fundamental insan haqqlarından yaşamaq haqqı deyil eyni zamanda ifadə azadlığı və mətbuat azadlığı da Ermənistanda tez-tez pozulmaqdadır. Bəzi qəzetlər senzuraya məruz qalmaqda, qəzetlərin yazarları və redaktorları haqqında cinayət işləri açılmaqda, hətta bəzi hallarda qəzet redaksiyalarına hücum edilərək işləyənlərə qarşı güc tətbiq edilməkdədir.

İnsan haqqlarının bir başqa təzahürü olan milli azlıq haqqları məsələsinə gəlincə Ermənistan post sovet məkanında ən homogen əhaliyə sahib ölkə olduğundan azlıq problemi erməni sayağı həll edilməyə çalışılmışdır. Əhalinin təxminən 98%-i ermənilərdir.[8]

Yekunda onu qeyd etmək lazımdır ki, erməni siyasi mühiti 2009-cu ilin sonunda ölkəsinə dair pesimist fikirlərlə yadda qaldı. Ermənistan Milli Məclisinin üzvü, iqtisadçı Ara Nranyan 2010-cu ildə Ermənistanda kasıbların sayının kəskin surətdə artacağını söyləyib. Ermənistanın “panarmenian.net” saytının verdiyi məlumata görə, Ara Nranyan deyib ki, 2010-cu ilin büdcə layihəsində daxilolmaların səviyyəsində 1,2 faiz artım proqnozlaşdırılsa da, hökumətin həyata keçirdiyi iqtisadi siyasət gələn il əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Deputat bildirib ki, hazırda orta təbəqə sayılan kəsim də gələn il yoxsulluq həddinə enəcək: “Sirr deyil ki, bizim vətəndaşların gəlirlərinin əhəmiyyətli qismini transfertlər təşkil edir. Bu transfertlər isə hazırda faktiki yoxdur. Hökumət də gəlirlərin azalmasını kompensasiya etmək üçün heç bir addım atmayıb. Bunun üçün maliyyə vəsaiti də əslində yoxdur. Əmək haqqı və pensiyada artım olmayacaq, ölkə çətin ki, gələn il böhrandan əvvəlki səviyyəyə qayıda bilsin”[9]. 

Резюме 

Статья посвящена изучению политических процессов в Армении. Также здесь изучаются мнения армянских и русских исследователей. Во время написания статьи были использованы научные исследования, основываясь на научные методы. Итогом исследования являются выводы автора, с которыми возможно ознакомится, прочитав статью. Обзорно эти выводы можно заключит так: политическая ситуация в Армении нестабильна. Любая активизация внешних факторов способна изменить ситуацию.    

Resume 

Article is dedicated to the study of political processes in Armenia. The opinions of Armenian and Russian researchers also here are studied. During writing of article scientific research were used, being based to the scientific methods. The sum of a study are the conclusions of the author, with which possibly it will become acquainted, after reading article. Survey these conclusions possible it will conclude as follows: political situation in Armenia is unstable. Any making more active of external factors is capable of changing situation.

 

 Nəşr olunub: BDU, “İnsan hüquqları sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasəti: formalaşması və yeni inkişaf tendensiyaları” mövzusunda 9 dekabr 2010 tarixdə keçirilmiş elmi-praktik konfransın materialları,  səh. 32-33, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2010 


[1] Артур Хачатрян Армянская оппозиция: плюрализация и соперничество. http:// www.eurasianet.org

[2] Левон Микаелян От идеалогии до стратегии и обратно. ….

[3] http://www. noev-kavcheg.1gb.ru

[4] http://www. politcom.ru.

[5] Yenə orada

[6] Igor S. Oleynik Der., : Foreign Policy and Government Guide, Washington  D.C., International Business Publications, 2002, ss. 110-135.

[7] Yenə orada

[8] “Ethnic Minorities of Armenia” başlıklı rapordan alıntılanmıştır. Raporun tam metni için bkz. URL: http://www.osce.org/documents/oy/2002/01/148_en.pdf

 

Məqaləni yüklə