internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

31 mart – qondarma soyqırımın kölgəsində gerçək soyqırım

 

Rövşən Qəniyev
05.05.2013

Müstəqilliyin bəxş etdiyi əvəzsiz nemətlərdən biri də odur ki, bu gün biz tarixi keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişik. Totalitar təzyiq və təqiblər nəticəsində illərlə gizli saxlanılan, inkar edilmiş, təhrif olunmuş həqiqətlər bu gün özünün həqiqi qiymətini tapır. Tariximizin uzun illər gizli saxlanılan, elmi ədəbiyyatda bir neçə cümlə ilə “Əksinqilabi qiyamın qarşısının alınması” kimi xarakterizə edilən 31 Mart Soyqırımı bu gün artıq xalqımız tərəfindən fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz bir gün kimi qəbul olunmuşdur.

31 Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdır. Bəli, məhz soyqırımdır.

Tarixi torpaqlarımızın bölünməsinin miladı olan Gülüstan və Türkmənçay müqavilələri yalnız xalqımızın parçalanmasının deyil, həmçinin bu milli faciənin davamı kimi onun torpaqlarının zəbt olunmasının əsasını qoydu. Bu müqavilələrin imzalanmasından sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər yerli azərbaycanlılarla müqayisədə azlıq təşkil etsələr də, havadarlarının himayəsi altında “erməni vilayəti”ni yarada bildilər. Bununla da əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Beləliklə soyqırım torpaqlarımızın işğalının ayrılmaz bir hissəsinə çevrildi.

“Böyük Ermənistan” adlanan uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq” istəyən ermənilər Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması və saxtalaşdırılmasını məqsədyönlü şəkildə həyata keçirmişlər. Bu gün də özlərini “yazıq”, “məzlum” xalq kimi qələmə verən ermənilər mənfur niyyətlərini reallaşdırmaq üçün 1905-1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər və bu, Bakıdan başlayaraq Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Həmişə türkləri etnik təmizləmə yolu ilə məhv etməyi planlaşdıran ermənilər I Dünya Müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edərək bolşevik bayrağı altında 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə” mübarizə kimi qələmə verməklə Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planı reallaşdırmağa başladılar. Bu zaman ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş və beləliklə onların canında erməni xofu yaratmağa çalışmışdılar.

Bölgələrdə törədilmiş soyqırımla bağlı bir neçə statistik göstəricini oxucu ilə paylaşırıq:  Cəbrayıl qəzasının 17 kəndi, Cavanşir qəzasının 28 kəndi tamamilə yandırılmış və əhalisi məhv edilmişdir.

Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bu qəza üzrə ümumən  10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə didərgin düşmüşdür.

Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimiş, Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və dağıdılmışdır.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

31 mart hadisələrinin şahidi olmuş Kulner familiyalı bir alman, bunları yazır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər”adlı kitabında, Şərur-Dərələyəz, Sürməli, Qars, İrəvan quberniyası, və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın dilindən bildirmişdir ki, ermənilər, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatmış, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlını qətlə yetirmişlər.

Azərbaycan və Anadolu torpaqlarında aşkarlanmış kütləvi məzarlıqlar 1918-ci il mart-aprel aylarında erməni daşnaklarının törətdikləri soyqırımlarının əyani sübutlarıdır. Bu gün “oğru, doğrunun bağrını çatladıb”. Əli 1905-07-ci illərdə, 1918-ci ilin mart-aprel aylarında, Qarabağda, Xocalıda və işğal olunmuş digər rayonlarımızda azərbaycanlı körpəsinin, uşağının, qadınının, ahılının qanına batmış erməni özü barədə beynəlxalq arenada “yazıq”, “məzlum” obrazı yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələri şüurlu surətdə təhrif edir, azərbaycanlılara qarşı soyqırım törədənlərin guya soyqırıma qurban getdiyini bəyan edir. Gerçək soyqırımı qondarma soyqırımının kölgəsində gizlədirlər.

XX əsrlərdə ermənilər tərəfindən xalıqmızın başına gətirilən bütün faciələr torpaqların zəbti ilə müşayiət olunmaqla, düşünülmüş, planlaşdırılmış soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət verilmişdir. Belə ki, Azərbaycan xalıqnın ümummili lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 

Məqaləni yüklə