internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

ADR-də inflyasiyaya qarşı mübarizə tədbirlərinə dair

 

Rövşən Qəniyev

http://banker.az/images/core/1/jenshini/absi1.PNGAzərbaycan Demokratik Cümhuriyyətinin yaranması çox ağır siyasi və iqtisadi böhranın tüğyan etdiyi bir dövrə təsadüf etmişdir. Cümhuriyyətin qurucuları yaranmış siyasi problemlərin həll edilməsi ilə yanaşı, ölkənin iqtisadi böhrandan qurtarılması istiqamətində ciddi işlər görmüşlər, iqtisadi inkişaf platformasının hazırlanması və həyata keçirilməsinə xüsusi önəm vermişlər. Bu iqtisadi inkişaf platforması sosial-iqtisadi quruluşu, mülkiyyət münasibətlərini və onun formalarını, iqtisadi qanunların hazırlanmasını, aqrar məsələni, torpaq islahatını, maliyyə-kredit, vergi siyasətini, pul və pul tədavülü, sosial siyasəti, iqtisadiyyatın idarə edilməsi mexanizmini və sairə məsələləri əhatə edirdi. Həmçinin platformada diqqəti cəlb edən istiqamətlərdən biri də maliyyə-valyuta və vergi məsələsi haqqındakı müddəalardır.

http://banker.az/images/core/1/jenshini/aidss2.PNGCümhuriyyətin maliyyə siyasətinin mühüm cəhəti dövlətin atributu kimi milli pul vahidinin buraxılması ilə bağlı olmuşdur. 1918-ci ildə “Bakı bonları” yeni kağız pullar kimi buraxılan zaman tədavüldə “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi. Milli valyutanın inflyasiya şəraitində dövriyyəyə buraxılmasına bağlı, ilk vaxtdan etibarən milli pulun alıcılıq qabiliyyətinin qorunub saxlanması və möhkəmləndirilməsi hökumətin iqtisadi siyasətinin əsas tərkib hissəsi olmuşdur. Hökumət, onun quruluşundan əvvəl başlamış və davam edən inflyasiyaya qarşı mübarizə aparmalı olur. Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilmişdir ki, bunlarda ən əhəmiyyətliləri aşağıdakılardır:

1. Dövlətin maliyyə, vergi, bank-kredit sistemini yaratmaq üçün 82-dən çox qanun layihəsi işlənib parlamentə təqdim olunmuşdu və bunlardan xeyli hissəsi təsdiq edilmişdir;

http://banker.az/images/core/1/jenshini/aiddss3.PNG2. İnflyasiyanın qarşısını alması, inflyasiya şəraitində maaşları və pul tədavülünü tənzimləməsi, öz valyutasını yaratmaq planları, vergi vasitəsilə dövlət və sahibkarlar arasında qarşılıqlı münasibətləri nizamlaya bilmək və bolşevik inqilabının təsiri ilə ölkədə fəaliyyət göstərən Rusiya banklarının filiallarının fəaliyyətində yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaq üçün müvafiq nizamlayıcı maliyyə aparatına-Dövlət Bankına ehtiyac duyulurdu. 1919-cu il avqustun 18-də müzakirəyə təqdim olunan qanun layihəsi 1919-cu il avqustun 23-də üçüncü oxunuşdan sonra qəbul olunmuşdu. Azərbaycan Dövlət Bankının məqsədi pul tədavülünü asanlaşdırmaq, milli ticarət, sənaye və kənd təsərrüfatına yardım habelə pul sistemini möhkəmləndirməkdən ibarət idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon manata bərabər idi.

Əsas kapitalı yaratmaq üçün hökumət əlavə 50 milyon Azərbaycan və Zaqafqaziya kağız pulu verdi. İndi o, kağız pul kəsmək üçün müstəsna hüquqa malik idi. Həmçinin bank, öz idarələrinin əmanət kassalarının, ssuda-əmanət və kredit cəmiyyətlərinin köməyi ilə bütün azad vəsaitlərin cəlb edilməsi yolu ilə ölkədə pul dövriyyəsini tənzimləməli, həmçinin emissiya, valyuta məsələlərinin həlli və ölkənin düzgün hesab balansının müəyyənləşdirilməsində aparıcı rol oynamalı idi. Əsas vəzifəsi emissiyanı yerinə yetirmək, valyuta məsələsini tənzimləmək və özəl banklara nəzarət etməkdən ibarət olan Dövlət Bankının nizamnaməsi 1919-cu il sentyabrın 18-də təsdiqləndi və sentyabrın 30-da onun təntənəli açılışı oldu.

http://banker.az/images/core/1/jenshini/aidds4.PNG3. Azərbaycan Respublikasının Hökuməti ölkənin iqtisadi dayanıqlığını təmin etmək, daxili bazarını qorumaq və ölkəyə lazım olan malların qanunsuz çıxarılmasının qarşısını almaq sahəsində əməli işlərini davam etdirirdi. Qəbul edilmiş qanuna görə pambıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına, xammalın dəyərinin 25 faizinin əvəzsiz olaraq xəzinənin hesabına keçirməklə icazə verilirdi. Bu isə öz növbəsində dövlətə xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi qaydası ilə lazım olan zəruri məhsulları almaq imkanı verirdi.

4.İlk vaxtlar Ticarət, Sənaye və Ərzaq Nazirliyi valyuta əmtəələrinin xarici bazarlarda özünün xüsusi agentləri vasitəsi ilə satışının təşkil olunması yolunu seçmişdir.

Lakin Qərb bazarlarının qaydaların hələ hökumət üçün aydın olmadığı və bu agentlərin qayda-qanununu kifayət qədər bilməməsi bu tədbirin işləkliyini sıradan çıxardı.

Belə olan halda xarici valyuta əldə etmək məqsədi ilə belə əmtəələrin azad satışına icazə verilməli idi ki, bu da ciddi fəsadlar törədə bilərdi. Çünki digər qonşu respublikalarda tənzimlənən əmtəə mübadiləsi sistemi üstünlük təşkil etdiyinə görə azad ticarətin tətbiqi respublikadan hər şeyin ixracına səbəb olardı və nəticədə idxal minimum həddə enərdi. Bütün bunlar nəzərə alaraq Azərbaycan hökuməti xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə, xammal ixracına icazə vermək qaydasını seçdi.

Hökümət infilyasiyaya şərait yaratmaması üçün ağır maliyyə şəraitində 20 milyon manatlıq fond ayrıdı və bu fond hesabına xarici əmtəə mübadiləsi tənzimlənirdi. Bu sahədəki ilkin ehtiyaclar üçün hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə fonddan 10 milyon manat həcmində kredit ayırılmışdı.

5. Respublika sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən gətirilən bir sıra zinət əşyalarına xüsusi müvəqqəti gömrük tarifləri tətbiq olunur. 

6.Hökumətin inflyasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ixrac olunan əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edilir (9 fevral 1920-ci il). Beləliklə də o dövr üçün ölkənin milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli olduğuna görə taxıl məhsullarının qonşu dövlətlərə nəzarətsiz axıb getməsinin qarşısı alınmışdır.

7. Ölkəyə gömrüksüz idxal olunan malların siyahısı müəyyənləşdirilir. İnflyasiyanın qarşısının alınması və daxili bazarın qorunması məqsədilə parlamentin maliyyə-büdcə komissiyasında 1919-cu ilin avqustda Azərbaycana gətirilən balıq məhsullarına, spirtli içkilərə gömrük rüsumlarının artırılması haqqında qanun layihələri də təsdiq edilmişdir.

8. Xarici investisyanın cəlb olunması və əvlerişli mühitin yaradılması məqsədilə Azərbaycana investisiya qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunur. Xarici kapitalın respublikaya tətbiqində iki forma məqbul hesab olunurdu: Birincisi, müəyyən sənaye sahəsinin yalnız maliyyələşdirilməsi yolu (ABŞ və bir sıra qərbi avropa ölkələrində olduğu kimi), ikincisi isə Konsessiya formasında. Fransız kapital sahibləri daha çox ikinci yola üstünlük verirdilər. Çünki hesab edirdilər ki, Azərbaycanda konsessiya obyekti nəqliyyat, meşə sərvətinin istehsalı, soyuducu işi, liman avadanlıqları istehsalı, neft rayonlarının elektrikləşdirilməsi və s. ola bilər. 

İstifadə edilmiş ədəbiyyat

  • 1. Azərbaycan Xalq Cümhuriyyəti -90 (1918 – 1920), Biblioqrafiya, Bakı – 2008
  • 2. Azərbaycan tarixi.VII cilddə, V- cild, Bakı,2008
  • 3. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. (стенографи- ческие отчеты) Баку, 1998
  • 4. N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. Bakı: “Elm” 1990
  • 5. Cümşüd Nuriyev, Azərbaycanın Gömrük Tarixi Bakı – 2009
  • 6. T. Ə. Əzizov Azərbaycan XX əsrin əvvəllərində, ümumi tarixi icmal, Bakı- 1997
  • 7. Rovshan Ganiyev (2004), “Azerbaycan Halk Cumhuriyeti: devlet yapısı ve siyasal özellikleri” Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı, Yüksek Lisans Tezi, Ankara.
  • 8. Kərimov Xosrov Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi siyasət və vergi işi, AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 5/2011. 

Məqaləni yüklə