internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

Müasir erməni siyasi mühitinin bəzi köklü problemlərinə dair

 

Yaqub Yaqubov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə, Sosiologiya və Hüquq institutunun
“Politologiya  və Siyasi sosiologiya şöbəsi” nin dissertantı

yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

 

1991-ci ildə müstəqillik qazanandan sonra Ermənistanda siyasi partiya və təşkilatların fəaliyyəti üçün münasib şərait formalaşdı. Belə ki, artıq erməni siyasi təşkilatları leqal fəaliyyətə keçdilər. Erməni siyasi düşüncəsinin müasir mərhələsinin və eləcə də siyasi partiya, həmçinin təşkilatlarının formalaşması Ermənistanın Azərbaycana qarşı təcavüz həyata keçirdiyi bir dövrə təsadüf edirdi. Erməni siyasi partiya və təşkilatlarının müvafiq sənədlərində Dağlıq Qarabağa dair iddialar baxımından elə də fərq yox idi. Taktiki məsələləri çıxmaq şərtilə bütün siyasi qüvvələr Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində vahid mövqedən çıxış edirdilər. Ermənistan siyasi partiya və təşkilatlarının iqtisadiyyat, ölkənin geosiyasi istiqamətləndirilməsi ilə bağlı konsepsiyalarında isə kifayət qədər fərqlər vardı.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Ermənistanda siyasi həyata təsir edən başlıca amillərdən biri də diaspor idi. Erməni diasporu əsasən məlum olaylardan sonra Türkiyəni tərk edənlərdən ibarət idi. Belə olan təqdirdə 1990-cı illərdə siyasi fəaliyyətini bərpa edən və yaxud yeni yaranan partiya və təşkilatların müvafiq sənədlərində saxta erməni soyqırımı məsələsi xüsusi yer tuturdu. Ermənistan  müstəqilliyindən bu yana  xaricdəki ermənilərdən gələn maddi köməklərdən faydalanmaqdadır. Erməni diasporunun göstərmiş olduğu möhkəm həmrəylik, milli ideologiyaları olan ənənəvi Haydat (ermənilərin İddiası) anlayışına söykənməkdədir. Haydatın XIX əsr sonlarında və XX əsrin əvvəllərində Ermənistanın xaricindəki şərtlərdə yaradılan, qəti dəyişməz əbədi milli məqsədlər olaraq mənimsənən üç təməl məqsədi vardır.[1]

Erməni diasporu birləşmiş torpaqsız bir millətin var ola bilməyəcəyini, varlığını bir müddət davam etdirsə belə, bu davamlılığın müddətsiz ola bilməyəcəyini ifadə edərək "diaspor ilə erməni millətinin gələcəyi ola bilməz” deyir.[2] Məktəblərini, dərnəklərini, fəaliyyətlərini daha nə qədər müddətlə davam etdirə biləcəklərini öz aralarında sorğulayır və belə nəticəyə gəlir: “ Diaspor, bizim uca hədəfimiz olan tarixi vətənimizin əldə edilməsi üçün bir vasitə olmalıdır. Bütün dünyaya göstərməliyik ki, erməni diasporu vardır və torpaqlarımızı əldə edənə qədər də var olmağa davam edəcək. Biz bu gün torpaqsız bir millət vəziyyətindəyik"[3]. Erməni diasporu Qafqazdakı Ermənistanı əsl erməni torpaqları saydıqları hissənin 1/10-i hesab edir.

Erməni diasporu dini inancları və siyasi seçimləri nə olursa olsun, ortaq məxrəc olaraq təyin etdikləri və reallaşması üçün çalışdıqları hədəflərini də belə ifadə edir: “Vətənimiz Türk Ermənistanı, Türkiyə tərəfindən köçlər və qırğınlar nəticəsi boşaldıldı. Bizim əsl problemimiz bu torpaqları geri almaqdır. Bunu reallaşdırmaq üçün də erməni diasporunun bütün qaynaqları və bütün enerjilərinin birləşdirilməsi lazımlıdır.”[4].

Erməni diasporunun meydana gətirdiyi erməni lobbisi siyasi gücünü Ermənistanın xaricində ABŞ-da, Rusiyada, Fransada, Gürcüstanda, İranda, Suriyada və bir çox ölkədə təsirli bir şəkildə istifadə etməkdədir. Ermənistan bu zəmin əsasında Qafqazda qonşularına qarşı aqressiv davrana bilməkdədir. Bəzi ölkələrin, xüsusilə İranın, Çinin və Rusiyanın Ermənistan ilə strateji əməkdaşlığı inkişaf etdirmələrinin və ona etdikləri köməklərin arxasındakı məqsədlərindən biri də Avropa və Amerikadakı erməni lobbilərindən faydalana bilməkdir. Erməni lobbiləri, Ermənistan ilə yaxşı əlaqələr qurmuş olan ölkələrin mənfəətlərini də nəzərə alan fəaliyyətlər göstərməkdədirlər. Başlanğıcından bəri bölgədəki strategiyasını Rusiya ilə əməkdaşlıq üzərinə quran, Qafqazda rus əsgərinə çevrilən Ermənistan, Qərb ilə də əlaqələrini inkişaf etdirməyə də səy göstərmişdir.

Ermənistan diplomatiyada diaspor ilə birləşmiş bir siyasət apararkən, daxili siyasətində diaspor partiyaları ilə bəzi qarşıdurmalar da yaşamışdadır. Aclıq, miqrasiya və səfalətin artdığı Ermənistanda bu hadisələr daxili siyasətə də əks olunmuşdur. 1991-ci ildə iqtidara gələn Ter Petrosyan, daşnaklar və Qarabağ klanı tərəfindən iqtidardan uzaqlaşdırılaraq yerinə 20 Mart 1997-ci il  tarixində Robert Köçəryan iqtidara gətirilmişdir. Köçəryan vəzifəyə gəlir gəlməz, İrəvan rəhbərliyinin diaspor lobbiləriylə əlaqəsini təmin edən ən əhəmiyyətli təşkilat olan daşnaklara qoyulan məhdudiyyətləri qaldırmışdır. Bu addımla Köçəryan dünya erməniləri ilə zəifləmiş olan əlaqələri gücləndirmişdir.

İlk iki məsələ emmosional səciyyə daşıdığı üçün bunlar ətrafında ictimai fikirlə manipulyasiya etmək olduqca asan bir iş idi. Fəqət təcavüzkar siyasətin limiti bitdikdən sonra erməni cəmiyyətinin sosial problemlərini həll etmək lazım idi. Bu isə erməni siyasi qüvvələrinin qarşısına həlli çətin olan məsələlər çıxardı.

Erməni siyasi partiya və təşkilatlarından danışmadan öncə onların əsasında dayanan mifoloji görüşlərdən danışmaq yerinə düşərdi. Erməni ideyalogiyasının iki çıxış nöqtəsi vardır. Bunlar “biz” və “onlardır”. Ermənilərdə bu anlayışların formalaşmasında erməni ideoloqları xüsusi rol oynamışlar. 1915-ci il hadislərini əsas alaraq onlar ermənilərdə bir zehni və psixi tədric olunma düşüncəsi formalaşdırmışlar. Bu cəmiyyətlərdəki ənənəvi strukturların böhranı ilə bağlı bir məsələdir.[5]

Müasir erməni milli şəxsiyyətinin ən əhəmiyyətli təməllərindən birini 1915-ci il hadisələri təşkil etməkdədir. Qondarma soyqırım, dünyanın dörd bir tərəfinə yayılmış erməniləri ortaq bir şüur və hərəkət planı ətrafında bir yerə toplayan əhəmiyyətli bir ünsür, xüsusilə diasporda "erməni" olmanın və bu şəxsiyyəti davam etdirmənin ən əhəmiyyətli istinad nöqtələrindən biridir. Bu baxımdan, ermənilərin müdafiə etdiyi soyqırım tezisinin, erməni milli şəxsiyyətini və erməni siyasi düşüncəsini necə şəkilləndirdiyini araşdırmamız, bu günki erməni milliyyətçiliyini anlaya bilməmiz baxımından faydalı olacaq.

Bu məzmunda, erməni tərəfinin irəli sürdüyü soyqırım iddiasının erməni siyasi düşüncəsindəki iki təməl nəticəsi gözlərdən qaçmamalıdır. Bunlardan ilki mifləşdirilmiş, ideallaşdırılmış və mücərrədləşdirilmiş, Ermənistanın bu ankı mövqeyinə çox da uyğun gəlməyən bir ana vətən düşüncəsidir. İkincisi olaraq isə, "qondarma soyqırım" erməni şəxsiyyətində əbədi bir obrazı, daha doğrusu əbədi bir "düşmən" simasının doğulmasına gətirib çıxarmışdır. Qısaca "Türk sindromu" olaraq adlandıra biləcəyimiz bu vəziyyət erməni siyasi həyatında davamlı təhdid ünsürünə çevrilmişdir.

Qondarma soyqırım, erməni tarixçiliyinə damğasını vurmuş vəziyyətdədir. Beləcə, erməni tarixi böyük ölçüdə bu iddia üstündə təməlləndirilmiş, və erməni xalqı, "zərər çəkmiş", "haqsızlığa uğramış", "qətl edilmiş" bir xalq olaraq təsvir edilmişdir. Ermənilərin XX əsrə qədər müstəqil bir siyasi birlik qura bilməmiş olmaları və adda olan Ermənistan torpaqlarının tarix boyunca bölgədəki böyük güclərin boyunduruğu altında qalması sözü gedən anlayışı gücləndirmişdir. Bu anlayışa bir də dini motiv əlavə olunmuş və milli şəhidlik mərtəbəsi erməni milliyetçiyinin təməl vurğularından biri olmuşdur. Buna görə, ermənilər, tarix boyunca, "xaricilər", tərəfindən "çarmıxa çəkilmiş", erməni torpaqları isə “zəbt edilmişdir”. Təbii burada xaricilərdən nəzərdə tutulan böyük ölçüdə bölgədəki müsəlman və türk xalqlarıdır. Bir sözlə qondarma soyqırım, mərkəzə qaçma funksiyası daşıyaraq müəyyən nisbətdə erməni tarixini özünə tərəf sıxmış və cəmiyyət psixologiyasında, zərər çəkmişlik psixologiyası olaraq adlandıra biləcəyimiz qalıcı bir iz buraxmışdır.

Digər tərəfdən erməni milliyyətçiliyi uzun bir keçmişə sahib erməni diaspor tarixini də 1915-16-cı illərdən götürərək şərh etməyə meyllidir. Buna görə, diaspor faktiki  olaraq 1915-ci il qondarma soyqırımının birbaşa nəticəsi olaraq görülmüş, bu vəziyyət erməni milli birliyinin əsl səbəbi olaraq qəbul edilmişdir. Şübhəsiz 1915-ci il sonrasında erməni diasporunun sayı artmışdır, ancaq bu diasporun olduqca tarixi bir diaspor olduğunu ağılda tutmaqda fayda vardır. Daha V əsrdə, Anadoluda, Bolqarıstanda və Balkanlarda ermənilərdən meydana gəlmiş diaspor koloniyalarının varlığına rast gəlinməkdədir. Tarix boyunca bunların sayları və dünya üzərindəki dağılımı da artmışdır.

Ana vətən mifi ümumiyyətlə Naxçıvan, Gürcüstanın Cavaxetiya bölgəsini və Dağlıq Qarabağı əhatə etməklə birlikdə, bunun ən əhəmiyyətli parçasını Şərqi Anadolu meydana gətirməkdədir. Ana vətən və bərabərindəki ana vətənə (ən çox da Şərqi Anadoluya) yönələn fikri illər boyunca xüsusilə diaspor tərəfindən bəslənmiş, böyüdülmüş və ortaya əfsanəvi bir ana vətən anlayışı çıxmışdır.

Daha əvvəldən də ifadə etdiyimiz kimi Türkiyə "düşmən" mövqeyində qəbul edilməsi müddəti erməni şəxsiyyətinin inşasında böyük rol oynamışdır. Erməni dünya görüşünə görə, saxta soyqırım xüsusilə diaspordakı erməniləri bir cür "sağ qalanlar" mövqeyinə çıxartmışdır.

Amma erməni siyasi mifologiyasının tarixi XIX əsrə gedib çıxır. Bu dövrdə ermənilər arasında öz tarixlərini bilən çox az insan vardı. Ermənilərin əsrlərə bərabər bir dövrdə dövləti də olmamışdı. Belə olan təqdirdə Qriqor Arsruni və Raffi kimi ermənilər miflərə dayanan bir erməni tarixi yazmağa başladılar. Erməni xalqının reallıqda olmayan xüsusiyyətləri burada qabardılırdı. Tarixi hadisələr bir kəskin süjetli dedektiv kimi verilirdi. Erməni millətinin qəhrəmanlıqlarından söz açılırdı.

Ermənilərin siyasi düşüncəsi üçün saxta tarix formalaşdırmaq cəhdlərini fransız tarixçisi Ferro çox gözəl izah etmişdi. Onun sözlərinə görə ermənilər öz xalqlarının müqavimət gücünü artırmaq üçün nağıla bənzər bir tarix yazmış və bu nağıllardakı erməni “igidlər” dünyada görünməmiş qəhrəmanlıqlara imza atmışlar.[6]

İlk baxışda bu mifogemlər gülünc görsənsə də ermənilər üçün bir istinadgah nöqtəsinə çevrildilər. Böyük dövlətlərin də dəstəyini alan ermənilər XX əsrin birinci rübündə İrəvanı özlərinin siyasi fəaliyyət mərkəzinə çevirə bildilər.[7] Əsrin ikinci yarısında isə eyni mifogemlərə dayanan ermənilər fəaliyyət mərkəzlərini Dağlıq Qarabağa köçürə bildilər.

Maraqlısıdır ki. ermənilər hakimiyyətləri altında olduqları bütün dövlətlərin ərazisində belə öz milli-mədəni muxtariyyətlərini qoruyub saxlaya bilmişdilər. Əlbəttə bu heç də ermənilərin zəngin bir mədəniyyətə sahib olmasından irəli gəlmirdi. Əsas səbəb erməni siyasi ideyalogiyasında vurğunun subyektivliyin qorunması üzərinə edilməsi idi. Ermənilər üzv olduqları cəmiyyətlərdə zahirən özlərini tədric etməsələr də öz daxili mənlərində daim bir fərqlilik hiss etmişlər. Ermənilərdə olan bu tədric olunma daxili hissiyatı onların kilsəsi tərəfindən inkişaf etdirilmiş və rəğbətləndirilmişdir.

Digər maraq cəlb edən məqam isə erməni ideyalogiyasında geosiyasi çalarların güclü olmasıdır. Bu məsələnin də bir qədər izaha ehtiyacı vardır. Erməni siyasi ideyalogiyasında təzahür formalarından asılı olmayaraq regionda cərəyan edən hadisələri nəzərə almaq mühüm yer tutur. Bu nə üçün lazımdır? Ermənilər demoqrafik azlıqları səbəbilə daim bir xarici himayəçiyə ehtiyac duyurlar. Bu xarici himayəçinin coğrafi koordinatları, adı və sivilizasiya mənsubiyyəti dəyişə bilər. Ancaq dəyişməz olan odur ki, istənilən zaman kəsiyində və məkanda ermənilərin mütləq bir xarici himayəçisi olmalıdır.

Son iki əsr ərzində erməni milli özünü identifikasiyasında Rusiyanın yeri və rolu olduqca böyükdür. Erməni millətçliyi belə rus anlayışını “biz” anlamına daxil edir. Ermənilər üçün Rusiya bir işğalçı deyil, bir əziz dostdur. Bir tərəfdən axı Rusiya ermənilər üçün necə işğalçı ola bilər ki, başqa bir millətin torpaqlarını əlindən alıb onlar üçün əsrlərdir itirilmiş, yaddaşlarda belə qalmayan dövlət anlayışını verdi.

Yuxarıda söylənilənlərlə bağlı olaraq erməni əsilli Amerikan yazıçısı Qrant Motevosyan belə yazır: “ Ermənistan vətəndaşı üçün ən böyük itki imperiya vətəndaşı olmaq imkanını itirməsidir. Bu yaxşı anlamda imperiya müdafisənin, yəni Rusiyanın müdafiəsinin itirilməsi deməkdir. Biz yüksəlmiş, özünü təsdiq etmiş böyük bir imperiya şəxsiyyətini itirdik.”[8] Daha sonra erməni yazıçı qəribə bir müqayisə aparır. Onun fikrincə Rusiya hakimiyyəti altında olan erməni müasir, imperiya əsarətindən qurtarmış olan ermənidən daha azad və güclü bir ermənidir. Əslində bu məqamlar erməni siyasi tipinin öz içərisindəki ziddiyyətləri ortaya çıxarır. Bu bir daha onu deməyə əsas verir ki, erməni siyasi düşüncəsi müstəqil şəkildə, heç bir himayəçi olmadan öz xalqının dar imkanlara malik olmasından xəbərdardır.

Erməni siyasi düşüncəsindəki geosiyasi anlayışlar spesefik xüsusiyyətlərə malikdirlər. Belə ki, erməni siyasi düşüncəsində geosiyasi anlayışlar dünyada hakim olan bir millət tərəfindən deyil, daim başqalarının hakimiyyəti altında olan bir millət tərəfindən hazırlanmışdır.

Erməni siyasi düşüncəsi paradiqmalar kompleksindən ibarətdir. İlkin baxışda belə təsəvvür vardır ki, ermənilər özlərinin saxta qeyri-adiliyi ilə fəxr edirlər. Amma bu yanaşmanı heç də erməni siyasi düşüncəsinin hamısına aid etmək olmaz. Çünki erməni siyasi düşüncəsinin özündə erməni millətinin qabiliyyətinə skeptik yanaşanlar da az deyil. Skeptik yanaşmanın mənbəyində dayanan əsas səbəb ermənilərin elə də böyük elmi, ictimai nailiyyətlərə nail ola bilməmələridir.

Təsadüfi deyil ki, ermənilərin özünə inam hissinin az olması səbəbilədir ki, 1991-ci ildə ermənilərin böyük qismi SSRİ-nin qalmasının tərəfdarı idi. Erməni siyasi düşüncəsində siyasi məkan iki mərhələlidir. Birinci siyasi düşüncə məkanı “özününkü” kimi səciyyələnir. Bu bir subyektiv məkandır. Lakin ermənilər bu sunyektiv məkanı obyektivləşdirməyə cəhd edirdilər.

Erməni siyasi düşüncəsinə təsir edən başlıca məsələlərdən biri də erməni məsələsinin daim müzakirə mövzusu olmasıdır. Ermənilər dövlətə sahib ola bilməsələr də erməni məsələsini həmişə gündəmdə saxlaya bilmişlər. Sanki tarixin ironiyasıdır ki, 66-cı ildə Parfiya hökmdarı öz canişininə yazırdı ki, erməni məsələsi artıq onun üçün həllini tapmışdır.[9] Amma bu məsələ əsrlərdən əsrlərə keçərək gündəmdə qaldı. Erməni məsələsinin erməni millətçiləri tərəfindən gündəmdə saxlanılması sionizmin İsrail ideyasını gündəmdə saxlaması ilə analogiya təşkil edir. 

Резюме 

Территориальные претензии Армении к Азербайджану привели к войне между ними. В результате этого исконные азербайджанские земли были оккупированы. В данный момент протекает период временного перемирия. Этот период позволил изучит некоторые вопросы связанные с конфликтом, в том числе политический процесс и партии в Армении. Исходя из этого   статья посвящена некоторым проблемам современной политической жизни армян. Здесь доказана беспочвенность армянских идеологических воззрений. В том числе изучены проблемы политического плана в Армении.  

Resume 

The territorial claims of Armenia against Azerbaijan led to the war between them. As a result this the age-old Azerbaijan earth were occupied. The period of the standstill truce flows at the given moment. This period allowed will be studied some questions connected with the conflict, including political process and parties in Armenia. Based on this article is dedicated to some problems of the contemporary political life of Armenians. The groundlessness of Armenian ideological views is here proven. The problems of political plan in Armenia are including studied.


[1] Nazmi Gül, “Yirmibirinci Yüzyılın Başlangıcında “Haydat” (Ermenilerin Davası)”, Stratejik Analiz, c.1, sayı:

2 (Haziran 2000), s.25.

[2]  Les Arméniens, le visage d’un peuple. –fondation internationale Lelio Basso, Venise, Octobre, 1985, s.137

[3] Yenə orada

[4] Yenə orada s.140

[5] Evstiqneyeva T. İ. Sosialno-politiçeskiye osnovı formirovaniya politiçeskoy mifologii. V sb.: A. P. Loqunov, T. İ. Yevstiqneyeva. Sovremennaya politeçkaya mifologiya: soderjaniye i mexanizmı formirovaniya. M.: izdaniye Rossiyskoy Qosudarstvennoqo Qumanitarnoqo Universiteta.1966

[6] Ferro M. Kak razkazıvayut istoriyu detyam v raznıx stranax. M. Vısşya şkola. 1992, s.178

[7] S. V. Lurye  Etniçeskaya samoidetifikasiya v usloviyax krizisa “materinskoqo” etnosa: opıt armyanskoy obşinı v Sankt Peterburqe 1989-1993

[8] “Azatamart” , 1992, no 14, s.5

[9] İstoriya diplomatii T. I. M. OQİZ, 1941, s.77

Məqaləni yüklə