internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 

Erməni kilsəsi və onun “erməni kimliyi”nin formalaşmasına təsiri

 

Yaqub Yaqubov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə, Sosiologiya və Hüquq institutunun
“Politologiya  və Siyasi sosiologiya şöbəsi” nin dissertantı

yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

 

Annotasiya

Məqalədə Erməni kilsəsinin fəaliyyətindən söz açılmaqdadır. Burada ermənilərin milli kimliyinin formalaşmasında Erməni Apostol Qriqoryan kilsəsinin oynadığı roldan danışılır. Erməni kilsəsinin fəaliyyətinin tarixi eksursu aparılır. Habelə, bu dini institutun dini fəaliyyətlə yanaşı, siyasi fəaliyyətdə də böyük rol oynaması göz önünə gətirilir. Ən başlıcası isə ermənilərin digər din nümayəndələrinə qarşı aqressiv münasibətinə aydınlıq gətirilir.

Açar sözlər: din, kilsə, erməni psixologiyası, siyasi düşüncə 

Армянская церковь, и ее влияние на формирование армянского самоопределения

Аннотация

В статье речь идет о деятельности армянской церкви. Затрагивается роль армянской григорианской апостольской церкви на формирование армянского самоопределения. Ведется исторический экскурс развития церкви, в том числе ее политической деятельности. Особое внимание уделяется религиозной не терпимости армян к другим.

Ключевые слова: религия, церковь, армянская психология, политическая мысль

 

The Armenian church and its influence on formation of the Armenian self-determination

Summary

In article it is a question of activity of the Armenian church. The role of the Armenian Gregorian apostolic church on formation of the Armenian self-determination is mentioned. Historical retrospective journey of progress of church, including its political activity is conducted. The special attention is given religious not to tolerance of Armenians to another.

Keywords: religion, church, the Armenian psychology, a political idea 

Giriş

Ermənilərin yaşadığı ərazilərdə təkrarlanan milli münaqişələr və münaqişələrin bir tərəfinin daim ermənilər olması adı çəkilən xalqın idealoji meyllərinin tədqiqinə ehtiyac hiss etdirmişdir. Lakin ilk növbədə onu demək yerinə düşər ki, ermənilərdə bütün ideyalogiyalar çərçivəsində iddialılıq və şovinizm onları müşayət edən bir cəhət olaraq qalmışdır. Onlar daim öz keçmişlərini mifləşdirməyə və özlərini dünya mədəniyyətinə böyük töhvə vermiş xalq kimi göstərməyə çalışmışlar. Təəssüf ki, qeyri-adi bir xalq olmanın saxta şüuru erməniləri yaşadıqları regionların bəlasına çevirmiş və onların vəhşilik, o cümlədən vandalizm həvəsləri qonşu xalqları, xüsusən müsəlman türk xalqlarını zədələmişdir.

Bu günün özündə də ermənilərin, eləcə də Ermənistan Respublikası dövlət siyasəti və rəsmi ideyalogiyasının dayaqları mifizmə gedib söykənir. Məsələn bu gün Ermənistan dövlətinin gerbi həmin miflərin özündə əksinin bariz nümunəsidir. Gerbdə üç rəng əks olunmuşdur. Tam mərkəzdə ermənilərin özlərinə simvol götürdükləri Ararat dağı və üzərində Nuh peyğambərin gəmisi təsvir olunmuşdur [1,2]. Göründüyü kimi ermənilər bununla özlərinin başlanğıcını Nuh peyğambərin nəsli ilə başlamaq istəyirlər. Əlbəttə burada əsas məqsəd Ermənistan tarixini dərinləşdirməyə çalışmaqdır.

Ümumiyyətlə götürdükdə bütün xalqların kifayət qədər qədim bir tarixi vardır. Ancaq bu tarixin xülyalara əsaslanaraq süni dərinləşdirilməsi regional sabitliyə və sülhə daim zərbə vurur. Çünki süni olaraq tarixini dərinləşdirən xalqlarda digərlərinə qarşı bir dözümsüzlük yaranır. Saxtalaşdırılmış tarixə əsaslanan xalqlar özlərini üstün görməyə başlayır, hətta onları əhatə edənlərin insan olaraq yaşama haqlarını da sual altına alırlar. Ermənilərin tarixində belə hallara az rast gəlinməmişdir. Saxta tarixi dərinləşdirilmədən qaynaqlanan aqressivliyin qurbanlarından biri də hər zaman Qafqazda insanilik təcəssümü kimi tanınmış azərbaycanlılar çıxış etmişlər.

Sual meydana çıxa bilər ki, ermənilərin həqiqi tarixi onların xülyaları ilə üst-üstə düşə bilirmi? Bir də ermənilər Qafqazın say etibarilə daim üstünlük təşkil etmiş yerli əhalisidirmi?

Ermənilər mənşələri haqqında öz mənbələrinin belə tərəddüd etdiyi, lakin iddiaları böyük olan bir xalqdır [9,16]. Erməni siyasi düşüncəsinin formalaşmasına təsir etmiş olan mühüm ictimai institutlardan biri də erməni kilsəsidir. Erməni kilsəsi digər millətlərin və xalqların dini institutlarından müəyyən qədər fərqlənir. Belə ki, tarixin uzun əsrlərində itirilmiş dövlətçilik ermənilər üçün kilsə vasitəsi ilə konpensasiya edilmişdir. Dünyanın müxtəlif yerlərinə dağılmış olan ermənilər dövlətə olan mənəvi ehtiyaclarını kilsə ətrafında toplaşaraq ödəmişlər. Kilsə onlar üçün toplantı mərkəzi, eyni zamanda siyasi quruma çevrilmişdir.

Ermənilərin bütün ictimai fəaliyyət təzahürləri istənilən əsrdə və dövlət daxilində kilsənin ciddi nəzarəti altında olmuşdur. Belə demək mümkünsə, məhz erməni kilsəsi bu xalqın kimliyini formalaşdırmışdır. Qəribədir ki, dini bir institut olan kilsə mənəvi saflıq tərbiyə etmək əvəzinə erməniləri xəyanətkar, fürsətçi, qəddar və irqçi kimi yetişdirmişdir. Ermənilərdə ən böyük nifrəti isə onları hər zaman himayə edən türklərə və müsəlmanlaa qarşı formalaşdırılmışdır.

Kilsə nəzarətində formalaşan düşüncə

Kilsə nəzarəti altında ermənilər özlərinin gerçəkdə olmayan tarixlərini yazmağa başlamışlar. Erməni tarixçiləri erməni dilində izah edilən toponom, oronim, etnonim və saxta tarixi şəxs adları uydurmuşlar. Saxta tarix, onun obrazları və qəhrəmanları erməni siyasi düşüncəsinin birinci dayanağıdır. Yəni erməni siyasi düşüncəsi mistizmə və miflərə dayanır. Ümumiyyətlə, ermənilərin əsas xüsusiyyəti kimi digərlərinin milli-mənəvi dəyərlərinə, hətta adlarına sahib çıxmaq hələ tarixin çox qədim çağlarında formalaşmışdır. Ermənilər ilk baxışda elə də ciddi bir təhlükə olmamışlar. Daha doğru ifadə etsək isə, onların bu hərəkətlərində təhlükəli qəsdləri digərləri tərəfindən sezilməmişdir.

Erməni kilsəsinin xidmətində dayanan tarixçilər “Böyük Ermənistan” mifi üzərində işləyərək onu müasir erməni siyasi cərəyanları və konsepsiyaları üçün təməl anlayışa çevirmişlər. bu gün istənilən siyasi istiqamətdə dayanan partiya və təşkilat, hətta kommunist olsa belə bu saxta anlayışın ermənilər üçün əhəmiyyətini qəbul edir. Bu saxta anlayışı qəbul etmək sanki “ermənilik” sübutudur.

Erməni dövlətçiliyinin olmaması xritianlığın qəbulundan sonra kilsə institutu vasitəsi ilə konpensasiya edilmişdir. Ermənilər kilsə ətrafında toplaşmış, onların bütün ehtiyacları kilsə tərəfindən ödənmişdir. Erməni kilsəsinin nəzarətində olan erməni məktəblərində “Böyük Ermənistan” ideyasının fəal təbliği həyata keçirilmişdir. Ermənilərin böyük xalq olması, Qafqazda ilk olaraq xristianlığı qəbul etmələri haqqında əsərlər yazılmışdır. Təəssübkeşliyə əsaslanan tarixi mənbələrdə isə tarixi reallıqlar təhrif edilmişdir.

“Böyük Ermənistan” xülyası haqqında bir qədər

Bəs Böyük Ermənistan adı ilə özünə vəsiqə qazanmış xülyanın gerçək mahiyyəti nədir? Necə oldu ki, ermənilər bu xülya üzərində özlərinə bir siyasi idealoji baza hazırladılar. Bu suallara cavab vermək də tədqiqatımızın bu mərhələdə olan məqsədlərindəndir. 

Erməni ideyalogiyasının ataları hesab edilə biləcək olan erməni tarixçilərinin ciddi cəhdlərinə baxmayaraq Böyük Ermənistan haqqında tam bir görüş birliyi mövcud deyildir. Erməni elm adamı Aqop Məlik Aqopyanın gəldiyi nəticəyə görə əslində ermənilərin qədim tarixi haqqında iddia olunanların əskinə olaraq mənbələr susmaqdadır [9,13].

“Böyük Ermənistan” ideyası sovet dövrü erməni dərsliklərində də özünə yer etmiş, maraqlısı odur ki, digər xalqlarda hansı isə bir millətçilik təzahürünü qəddarlıqla məhv edən mərkəz erməni özbaşnalıqları qarşısında göz yummuşdur [8,61-62].

Erməni elmi dairlərində müşahidə edilən məsələlərdən biri də qədim dillərdə bəzi sözlər üzərində oynamaq və onların müasir erməni dilində leksik və sintaktik analoqunu tapmaqdır. Lakin bu görüşlərin özündə belə kifayət qədər ziddiyyətlər tapmaq mümkündür [4,12-16].  Bir sözlə belə bir qənaətə gəlmək olar ki, ermənilər tarixlərini gördükləri kimi deyil, görmək istədikləri kimi qələmə verməyə çalışmışlar [11].

Hətta erməni iddialılığı o yerə çatmışdır ki, bəşəriyyətin hamısına məxsus olan dəyərləri də erməniləşdirməyə və bununla erməni ideyalogiyasına zəmin hazırlamağa çalışmışlar. Müasir erməni ideoloq və şiddətə təşviq edicilərindən olan insanlıq düşməni Zori Balayan isə daha da irəli gedərək gülməli şeylər söyləməkdən belə çəkinməmişdir. O yazır: "…Əfsanəyə görə, Nuh Peyğəmbər Tufandan sonra ilk gördüyü bir quru parçasına "Erevume", yəni "Görünür", deyə qışqırmış və bu quru parçasının adı Erevan olaraq tarixə keçmişdir…" [6,30]  Beləliklə, bu erməninin xəstə təfəkküründən belə qənaətə gəlinir ki, Nuh peyğambər də erməni olmuşdur. Əlbəttə belə bir yanaşma gülüş doğurmaya bilməz. Ən azından ona görə ki, hətta dini ənənəyə görə Nuh tufanından sonra bütün bəşəriyyət xilas olmuşdur.

Ermənilərin öz idealoji fəaliyyətləri zamanı belə cəfəng fikirlərə müraciət etməsi hətta bir çox dünya tədqiqatçılarını da dəhşətə gətirmişdir. Problem ondan ibarətdir ki, cəfəngiyyatlarla dolu olan belə məlumatların toplandığı kitablar ermənilər tərəfindən öz uşaqlarına keçilmişdir. Rus araşdırmaçısı V.L. Vekiçko bu haqda yazmışdır: “Biz hələ bədnam Böyük Ermənistan barədə və özünü bütün qonşularını mədəniləşdirmək kimi dünya miqyaslı bir missiyanı öz boynuna götürən ermənilərdən söz açan cəfəng dərsliklərdən danışmırıq. Həmin kilsə məktəblərində paytaxtı Tiflis olmaqla az qala Voronejə qədər Böyük Ermənistanın xəritələri də intişar etdirilirdi”[7,107]

Erməni kilsəsinin yeni fəaliyyət dövrü

Ermənilər xristyan olmaqlarından da yeri gələndə istifadə etmişlər. Məsələ, XIX əsrdə böyük dövlətlərin, Rusiya, İran və Osmanlının Qafqaz uğrunda mübarizəsi ermənilərin işinə çox yaradı. Belə ki, onlar xristian təəssübkeşliyindən istifadə edərək həm böyük xristian imperiyaları Böyük Britaniya və Fransada, həm də dünya ağalığı uğrunda mübarizədə özünə yer hazırlayan ABŞ-da dayaqlar tapdılar. Eləcə də İran və Osmanlı kimi dünyanın əsas qüdrətli müsəlman dövlətlərindəki daxili çəkişmələrdən, digər milli azlıqların da ayağa qalxmasından istifadə etməyə başladılar. Müasir türk araşdırmaçıları da məsələlərin bu tərəfini diqqət mərkəzinə çəkirlər: “Fransız İnqilabının milli müstəqillik fikirləri Osmanlı dövlətinin əvvəl xristian azlıqları üzərində təsirli oldu. Balkanlarda yaşayan serblər, yunanlar, bolqarlar, rumlar və digərləri Osmanlı dövlətinə qarşı dəyişik zamanlarda qiyam qaldırdılar. Xristian azlıqların hər qiyamında, Avropa ictimaiyyəti və böyük dövlətləri dərhal onları qorudular. Rusiya isə bundan faydalanıb Osmanlı dövlətinə hücum etdi. Bundan ən son faydalananlar isə ermənilər oldular.”[11]

Böyük dövlətlərin də ermənilərə yönəlik öz planları vardı. İlk öncə xristian imperiyaları ermənilər arasında istənilən sağlam, İran və Osmanlıya sadiqlik tərəfdarı olan fikirlərə son qoymaq üçün missioner fəaliyyətlərinə başladılar. Ermənilər Avropaya getmək, orada ən yaxşı məktəblərdə təhsil almaq imkanları əldə etdilər. Buralarda təhsil alan ermənilər artıq iki ideyanın daşıyıcısı idilər. Erməni dövlətinin yaranması və bəhrələndikləri dövlətlərin maraqlarının təmin edilməsi düşüncələri daim onları təqib edirdi.

Ermənilər onlara qarşı tətbiq edilən istənilən fəaliyyəti də dini münasibətlər rakursunda təqdim etməyə çalışırdılar. Osmanlı İmperiyasının ərazisində yaşadıqları müddət ərzində mərkəzi dövlətə qarşı qiyamlar etdilər və buna görə də cəzalandırıldılar. Üsyanların Osmanlı qüvvətlərin tərəfindən basdırılması, dünya ictimaiyyətinə "müsəlmanlar xristianları qətl edir" mesajıyla təqdim etdirilmişdir. Anadolunun hər küncünə dağılmış xristian missionerləri də erməni təbliğatının Qərb ictimaiyyətinə çatdırılmasında və mənimsədilməsində böyük rol oynamışlar.

Erməni kilsəsinin fəaliyyətinin istiqamətlərindən biri də terrorçu və quldur erməni siyasi birləşmələrinə resurs cəlb etməkdən ibarət olmuşdur. Erməni keşişləri erməni gənclər arasında təbliğat aparır. Onları ermənilərdən ibarət olan müxtəlif silahlı və terrorçu birləşmələrə daxil olmağa təşviq edirdilər. Bu həmişə belə olub, indi də həmin tendensiya özünü göstərməkdədir.

Erməni Kilsənin təsiri müstəqillik uğrunda mücadilə illərində yeniden artmış, Ermənistanda ictimai həmrəryliyin və özünə arxayınlığın formalaşmasında mühüm rolu olmuşdur. Erməni Kilsəsinin müasir dövrdə inkişaf etməsinə təkan vermiş olan amillərdən biri də ona I Vazgenin rəhbərlik etməsi olmuşdur. I Vazgen ermənilərin radikal millətçiliyinə qarşı çıxmamış, əksinə bu qeyri-humanist millətçilik təzahürünü dəstəkləmişdir. Ermənilərin Azərbaycan torpaqlarına qarşı kiçik “səlib yürüşü” təşkil etməsində onun “xidmətləri” danılmazdır. Kilsəyə rəhbərlik etdiyi 1955-1994-cü illər ərzində I Vazgen SSRİ-nin qapalı məkan olmasına baxmayaraq xaricdəki ermənilərlə, onların imkanlı və nüfuzlu təbəqələri ilə əlaqələri gücləndirə bilmişdi. Katalikosun fəaliyyəti o qədər intensivləşdi ki, Erməni Kilsəsi 1962-ci ildə Dünya Kilsələr Birliyinə qoşuldu. Bu addım ermənilərin dünyada, xüsusən xristyanlar arasında saxta soyqırım və deportasiya yalanlarının təbliğində onlara kömək göstərdi. Erməni Kilsəsi nümayəndələri harada olurlarsa olsunlar ermənilərin yalançı əzabkeş obrazlarını formalaşdırmağa çalışırdılar.

1991-ci ildə Ermənistan Respublikası özünün müstəqilliyini elan etdi. Artıq azərbaycanlılardan, yəni ölkənin əsas müsəlman əhalisindən təmizlənmiş olan bir dövlət qurulmuşdu. Burada demək olar ki, digər dinlərə etiqad edən millətlər qalmamışdı. Yalnız yezidi kürdlərin icması istisna idi.

Yeni yaranmış olan Ermənistan Respublikası özünü dünyavi dövlət elan etdi. Hamıya məlum olan həqiqətdir ki, dünyavi dövlətlərdə hər hansı isə bir dinin üstünlüyü olmur. Ermənistanda vəziyyət fərqli idi. Burada erməni kilsəsi dövlətin qanunları qarşısında əlahiddə bir dini isntitut kimi tanındı. Erməni Kilsəsinin xüsusi statusu Ermənistan Konstitusiyasında və digər qanunvericilik sənədlərində, eləcə də Vicdan və Dini etiqad azadlığı qanununda, hətta cinayət məcəlləsində özünə yer tapdı. Erməni kilsəsinin fəaliyyətindən başqa Ermənistanda digər dinlərin nümayəndələrinin dini icmalarda birləşmək hüquqi xeyli məhdudlaşdırılmışdır. Əvvəllər bir dini icmanın fəaliyyətini formalaşdırmaq üçün 50 nəfər kifayət edirsə bu rəqəm 200-ə yüksəldilmişdir. 1997-ci ildə qəbul edilmiş olan qanuna görə qeyri-qriqoryan dini icmaların fəaliyyətinin mətbuat və ictimai tərəfləri məhdudlaşmışdır. Ermənilərdən hər hansı bir kimsəni digər dinə döndərən dini icmanın nümayəndələrinə qarşı represiya aparılır. Amma istənilən şəxsin qriqoryanlığı qəbul etməsi mümkündür.

Ancaq hal-hazırda Ermənistanda Kilsənin adı ilə bağlı müzakirələr canlanmaqdadır. Belə ki, ermənilər kilsələrinin adlarını Mərkəzi Eçmiadzin Olan Erməni Kilsəsindən Mərkəzi Eçmiadzin Olan Erməni Xristyan Kilsəsinə dəyişmək istəyirlər. Göründüyü kimi bura xristyan sözü əlavə edilir. Bu məsələnin də bir qədər izaha ehtiyacı vardır. Digər xristyan məzhəbləri etiqadi olaraq Erməni Qriqoryan Kilsəsinə müsbət münasibət göstərmirlər. Çünki bu kilsə özünü əlahiddə sayır. Belə olan təqdirdə kilsənin adına xristyan sözü əlavə etməklə ermənilər xristyan dünyasında dini etiqadlı kəsimdə özlərinə qarşı müsbət münasibət formalaşdırmaq istəyirlər.

Yekun

Erməni kilsəinin uzun illər apardığı təbliğat bir erməni kimliyi formalaşdırmışdır. Məqalənin axırında bu kimliklə bağlı bəzi fikirlərimizi ifadə etmək istərdik. Erməni siyasi düşüncəsində davamlı münaqişənin olması mühüm bir əhəmiyyətə malikdir. Çünki bu zaman erməni məsələsinin gündəmdə qalması təmin edilməkdədir. Eyni zamanda erməni millətinin özündə də hər hansı bir pozitiv təzahürün qarşısı alınır. Belə ki, öz ideoloqlarının əsirinə çevrilən ermənilər qonşu xalqlarla sağlam bir münasibət qurmağa imkan tapmırlar. Ermənilər üçün səciyyəvi olan odur ki, bir zaman müttəfiq olmaq istədikləri millətlərlə belə öz maraqları naminə savaşmağa hazır olurlar. Erməni siyasi düşüncəsi üçün xəyanət anlayışı o qədər elastikdir ki, ermənilərin özlərindən başqa hamıya qarşı tətbiq edilə bilər.

Ermənilərin iki üzlü mahiyyətə müvafiq bir siyasət izləmələri Azərbaycan ziyalı və səlnaməçisi Mir Möhsün Nəvvabın da diqqətini cəlb etmişdi. Mir Möhsün Nəvvab yazır: “Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də batinləri ədavətlidir. Özləri də görürlər ki, batinlərinin bu cür ədavətli olmasından həmişə əziyyət çəkirlər” [2,11]

Ermənilərin siyasi fəaliyyəti və milli psixilogiyasında kilsənin formalaşdırdığı ən önəmli cəhətlərdən biri də müsəlmanlara qənim kəsilmələri idi. Məsələn, 1918-1920-ci illər arasında erməni siyasi düşüncəsinin hərb və təzyiqə, eləcə də zora əsaslanan tərəfləri bir sıra Azərbaycan mənbələrində də zahirə çıxmaqdadır. Bu dövrdə Naxçıvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı etdiyi zülmləri qeydə almış olan Mirzə Bağır Əliyev onların məramlarını belə ifşa edir: “Müqəddimədə söylədiyimiz kimi hər xəyalə əsas ilə ermənilər müsəlmanların əleyhinə qiyam edəcək xəyalinə düşərək ənvayi-təşəbbüsdə bulunur idilər. Buna binaən hər tərəfdə müsəlmanlara təzyiq etmək və acı-acı sözlər ilə qəti münasibətdə bulunmaq kimi ürək sancan rəftarlara başlamışlar idi.... Ermənilər daima cürəbəcürə rollar oynayıb planlar tökür idilər”[3,7]

Ermənilər bir millət olaraq dünya tarixində qlobal proseslər fonunda neqativ spesifikalarını saxlamış bir topluluqdur. Onların tarixi və siyasi düşüncəsinin inkişafı müəmmalarla doludur. Belə ki, erməni xalqı miflər və steriotiplərə əsir düşən, öz xəyallarının arxasınca qaçan bir insan cəmiyyəti hesab edilə bilər. Tarixin əksər dövrlərində digər dövlətlərin tabeçiliyində olan ermənilər həm də özlərinə qarşı humanist münasibəti də dəyərləndirmədilər. Ermənilərin sayca az olması, elm və tərəqqidə güclü şəxsiyyətlərinin olmaması onlarda qısqanclıq və paranoya formalaşdırdı. Tarixin bütün zaman kəsiklərində ermənilər regional proseslərdən və böyük güclər arasında gedən mübarizədən istifadə edərək xəyallarında formalaşdırdıqları erməni dövlətini qurmağa çalışdılar. Bu arzuların ermənilərdə yaşmasına və nəsildən nəsilə ötürülməsinə erməni kilsəsi rəhbərlik etdi. Öz inkişaf xüsusiyyətlərinə görə erməni kilsəsi ruhani və dini bir qurum olmaqdan çox mistik massonik bir təsisata bənzəyirdi. Dini qurumların dünya təcrübəsi onu göstərir ki, əkəsriyyət hallarda onlar insanlarda mənəvi dəyərləri formlaşdırmağa çalışmışlar. Lakin bu məsələdə erməni kilsəsi belə deyildi. Erməni kilsəsi qeyri-ermənilərə qarşı öz millətində bir bəşəri mərhəmət hissi formalaşdırmaq əvəzinə nifrət hissi formalaşdırdı.

Tibb elmində manyakizm deyilən bir istilah vardır. Bu müəyyən bir fərdin psixi problemlərinin intiqamını digərlərindən almaq istəməsidir. Çox zaman fiziki və psixi qüsurları olanlar bu qüsurların düzəldilməsi üçün müətəxəssisə müraciət etmək əvəzinə cəmiyyətdən intiqam almaq həvəsinə düşürlər. Belə şans əllərinə düşəndə intiqamı ən dəhşətli üsullarla günahkar olmayan insanlardan alırlar. Ermənilərdə bu proses bir millət olaraq müşahidə edildi. Tarixin dərin qatlarında fraqmental bir dövlətçiliyi olmuş ermənilər (bu da böyük sual doğurur) əsrlərlə dövlətçiliyə sahib ola bilmədilər. Uzun bir tarixi dövrdə digər dövlətlərin, böyük əksəriyyəti ilə türk dövlətlərinin təbəəsinə çevrildilər. İstər Osmanlı, istərsə də Səfəvi idarəsində ermənilərə qarşı olduqca mərhəmətli davranıldı. Onların dini və milli hüquqları qorundu, aralarından rəhbər vəzifələrə çəkilənlər də oldu. Ancaq ermənilər ölərinə qarşı bu mərhəmətin qarşısında türklərə və müsəlmanlara qarşı içlərində manyakcasına bir nifrət bəsləyirdilər. Türk və müsəlman dövlətləri olan Osmanlı və Səfəvilərin güclü vaxtlarında ermənilər bu nifrəti ifadə edə bilmir, əksinə öz yaltaqlıqları ilə etibar qazanırdılar. Fəqət tarixin onların üzünə gülməyə başlaması bu coğrafiyada türklərin  və müsəlmanların faciələrinə yol açdı.  

İstifadə edilmiş ədəbiyyat:

1.     Ermənistan Respublikası (məlumat-sorğu kitabçası) Bakı, nəşriyyatsız 2006

2.     Mir Möhsün Nəvvab 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı “Azərnəşr” 1993

3.     Əliyev M. B. Qanlı günlərimiz (1918-1920, Naxçıvan) Bakı “Azərnəşr” 1993

4.     GÜRÜN, Kamuran, Ermeni Dosyası, TTK yayınları, ANKARA 1983

5.     Абекян М. История армянской литературы. Ереван, 1975.

6.     Балаян З. Очаг. Ереван, Советакан Грог, 1980

7.     Величко В. Л. Кафказ. Русское дело и междуплеменные вопросы. С-Петербург,1904

8.     Есаян Е. Русский язык. Ереван, Луйс, 1972

9.     Раффи (Акоп Мелик Акопян), Самвел. Ереван, Айастан 1971

10.  http://www.yeniforumuz.biz/ermeni-sorunu-tehcir-t1185777.html

11.  http://www.azg.Am/RU/20020108/2002010817.shtm  

Məqaləni yüklə