internetdə

saytda

 
 
Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 

Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

 
 
 
 
 
 
 
 
 

..: QESAM yayınları - Məqalələr :..

 
 

Erməni kilsəsi Erməni dövləti yaratmaq uğrunda

Rövşən Qəniyev
26.05.2008

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur.  (Ətraflı)

 

Erməni kilsəsi və onun “erməni kimliyi”nin formalaşmasına təsiri

Yaqub Yaqubov
2013

Məqalədə Erməni kilsəsinin fəaliyyətindən söz açılmaqdadır. Burada ermənilərin milli kimliyinin formalaşmasında Erməni Apostol Qriqoryan kilsəsinin oynadığı roldan danışılır. Erməni kilsəsinin fəaliyyətinin tarixi eksursu aparılır. Habelə, bu dini institutun dini fəaliyyətlə yanaşı, siyasi fəaliyyətdə də böyük rol oynaması göz önünə gətirilir. Ən başlıcası isə ermənilərin digər din nümayəndələrinə qarşı aqressiv münasibətinə aydınlıq gətirilir. (Ətraflı)

 

Erməni köçləri və ideologiyası arasında səbəb-nəticə əlaqəsi

Yaqub Yaqubov
2013

Erməni siyasi düşüncəsinin formalaşmasında istifadə edilən bir sıra psixoloji məqamlar vardır. Bu məqamların əsas öndə gələn xüsusiyyəti ermənilərin daim özlərini zülmə məruz qalmış bir xalq imicində göstərmək istəmələridir. Ümumiyyətlə, bəşəri psixologiyada belə bir nüans vardır ki, zülmə məruz qalmış olan insan mərhəmətə və kömək edilməyə layiqdir. (Ətraflı)

 

ADR-də inflyasiyaya qarşı mübarizə tədbirlərinə dair

Rövşən Qəniyev
 

Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması çox ağır siyasi və iqtisadi böhranın tüğyan etdiyi bir dövrə təsadüf etmişdir. Cümhuriyyətin qurucuları yaranmış siyasi problemlərin həll edilməsi ilə yanaşı, ölkənin iqtisadi böhrandan qurtarılması istiqamətində ciddi işlər görmüşlər, iqtisadi inkişaf platformasının hazırlanması və həyata keçirilməsinə xüsusi önəm vermişlər.(Ətraflı)

 

Heydər Əliyev və erməni təcavüzünə qarşı mütəşəkkil diplomatik mübarizə

Yaqub Yaqubov
2013

XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycan nəinki Ermənistan nizami qoşunlarının, erməni xüsusi xidmət orqanlarının və erməni terrorizminin təcavüzünə məruz qaldı, eyni zamanda diplomatik sahədə Azərbaycana qarşı bir savaş başlandı. Bu savaşda əsas məqsəd Azərbaycanı təcavüzkar kimi təqdim etmək idi. Bu məqsədlə Ermənistan dövləti, erməni diasporası və erməni kapitalı ilə birgə planlı şəkildə fəaliyyətə başlamışdı.Göstərilən fəaliyyət istiqamətində hər üçünün öz yerləri var idi.  (Ətraflı)

 

Müasir erməni siyasi mühitinin bəzi köklü problemlərinə dair

Yaqub Yaqubov
01.02.2012

1991-ci ildə müstəqillik qazanandan sonra Ermənistanda siyasi partiya və təşkilatların fəaliyyəti üçün münasib şərait formalaşdı. Belə ki, artıq erməni siyasi təşkilatları leqal fəaliyyətə keçdilər. Erməni siyasi düşüncəsinin müasir mərhələsinin və eləcə də siyasi partiya, həmçinin təşkilatlarının formalaşması Ermənistanın Azərbaycana qarşı təcavüz həyata keçirdiyi bir dövrə təsadüf edirdi. (Ətraflı)

 

Ermeni ideolojisinde mitoloji düşünce

Yaqub Yaqubov
15.11.2012

Ermenilerin yaşadığı yerlerde tekrarlanan milli münakaşalar ve münakaşaların bir tarafının her zaman Ermeniler olması adı geçen milletin ideolojisinin araştırılması gereksinimi getirmiştir. Fakat ilk olarak onu söylemek gerektir ki, Ermeni ideolojisinde talep etme duygusu ve şovenizm onları takip eden bir alışkanlık olarak kalmıştır. (Ətraflı)

 

Erməni siyasi ideologiyasının növbəti hədəfi: Cavaxetiya

Yaqub Yaqubov
20.09.2009

Məqalə Gürcüstanın Cavaxetiya bölgəsində erməni separatizminin genişlənməsi haqqındadır. Burada qeyd edilir ki, ermənilər Cavaxetiya bölgəsində say üstünlüyündən istifadə edərək separatizmə meyl edirlər. Ermənistanda da Cavaxetiya problemi böyük maraq dairəsindədir. Cavaxetiyadakı proseslərin öyrənilməsi Azərbaycanın da strateji maraqlarına uyğundur. (Ətraflı)

 

Миграционная катастрофа в Армении как последствие конфликта

Якуб Якубов
20.09.2012

Статья посвящена изучению миграционной ситуации в Армении. Исследованы экономические предпосылки миграционного процесса в Армении, проведен сравнительный анализ экономического развития между Арменией и Азербайджаном. (Ətraflı)

 

1918-1920-ci illərdə erməni siyasi ideologiyası və insanlıq əleyhinə cinayətlər

Yaqub Yaqubov
04.05.2013

Bəzi xalqlar zorakılığa meylli etnik birliklər kimi tarixə daxil olmuşdur. Öz siyasi maraqlarının təmin edilməsi üçün onlar tərəfindən müxtəlif zorakılıq təzahürləri törədilmişdir. Ermənilər də zorakı siyasi ideologiyalara prioritet verən insanlardır. (Ətraflı)

 

Erməni diasporunun müasir Ermənistanın dövlət siyasətinin formalaşmasına təsiri və təzyiqi

Yaqub Yaqubov
08.11.2011

Məqalə erməni diasporunun yaranma səbəblərinə, erməni siyasi fikirlərinin formalaşmasında onun roluna həsr edilmişdir. Həmçinin məqalədə erməni diasporunun müasir Ermənistan dövlətinin siyasətinə təsirindən də söz açılır. Burada erməni diasporunun əsas hədəflərindən söz açılmış, qeyd edilən hədəflər sırasında türk-müsəlman düşmənçiliyinin nəsildən-nəsilə ötürülməsi diqqət mərkəzinə gətirilmişdir.  (Ətraflı)

 

Bakı Tacir Bankı

Rövşən Qəniyev
 

XX əsrin əvvəlində yaranmış neft böhranı ilə əlaqədar Rusiya səhmdar kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmək, Bakı rayonunda yeni şöbələr açmaq istəmirdi. (Ətraflı)

 

Türkiye-Ermenistan ilişkilerinin yenilenmesine ermeni politikaçılarının tepkisi

Yaqub Yaqubov
10.10.2011

Ermenistan-Türkiye işbirliği probleminin ermeni politikasında nasıl kalşılandığını araştırmadan önce bu ülkeler arasında ilişkilerin çağdaş tarihine dikkat edilmesi gerekmektedir. 1991 yılında Ermenistanın bağımsız olması ile ermeni probleminde yeni sayfa açılmış oldu. (Ətraflı)

 

Ermənistanda siyasi proseslər və onlara baxış (müxtəlif yanaşmalar)

Yaqub Yaqubov
09.12.2010

Ermənistan siyasi tarixinin müasir mərhələsinin müxtəlif erməni politoloqlarının gözü ilə araşdırılması elmi maraq doğuran məsələlərdəndir. Erməni müəlliflərinin özlərinin yazdıqları məqalələr erməni siyasi siteminin əslində şikəst bir orqanizm olduğunu otaya qoymaqdadır. 2003-cü il prezident seçkilərindən bir araşdırma yazan Artur Xaçatryanın məqləsi də göstərilən kateqoriyaya aid ola bilər. (Ətraflı)

 

Erməni kilsəsi Erməni dövləti yaratmaq uğrunda

Rövşən Qəniyev
05.05.2013

Müstəqilliyin bəxş etdiyi əvəzsiz nemətlərdən biri də odur ki, bu gün biz tarixi keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişik. Totalitar təzyiq və təqiblər nəticəsində illərlə gizli saxlanılan, inkar edilmiş, təhrif olunmuş həqiqətlər bu gün özünün həqiqi qiymətini tapır.  (Ətraflı)

 

Andranik Ozanyan-“milli qəhrəman” yoxsa terrorçu

Yaqub Yaqubov - Emin Əliyev
24.04.2007

Azərbaycan tarixində elə faciələr vardır ki, ondan nəinki dünya ictimaiyyəti, eyni zamanda Azərbaycan gəncliyi də məlumatsızdır. Bu günün Azərbaycan tarixçiləri isə bu faciələri tədqiq etməli və gələcək nəslə çatdırmalıdır. Bununla yetinməməli, dünya ictimaiyyətinin də diqqətini bu problemlərə yönəltməlidir, xalqımızın nələr çəkdiyini hər kəsə bildirməlidir.(Yüklə)

 

Erməni terror təşkilati – ASALA

Yaqub Yaqubov
05.05.2007

Terrorizmdən siyası - ideoloji məqsədlərin hayata keçməsi naminə istifadə edilməsi 1970-80-cı illərdə xüsusilə fəallaşdı. Bu işdə öz niyyətlərini həyata keçirilməsi üçün aktiv sürətdə 1970-80-cı illərdə fəaiyyət arealını genişləndirən erməni terror təşkilatları istifadə etməyə başladı. Onlar beynəlxalq ziddiyyətlərdən SSRİ-ABŞ qarşıdurmasından istifadə edərək özlərinin strateji məqsədləri olan “Böyuk Ermənistan" mifinin reallaşması üçün faydalanmaq niyyətində idilər. (Yüklə)

 

Terrorizm: Yaranma səbəbləri və şəraiti

Yaqub Yaqubov
17.04.2007

Terrorizmin mahiyyəti, onun siyasi anlamı haqqında anlayış yaratmaq və onun erməni terrorizmi ilə əlaqələndirilməsi, erməni terrorizminin terrorizm anlayışının hansı kateqoriyalarına uyğun gəlməsini araşdırıb, müəyyən nəticələrə gəlmək və fikirlərimizi dəqiq faktlarla əsaslandırmaq üçün terrorizmin yaranma səbəblərini və şəraitini araşdırmaq lazımdır. (Yüklə)

 

Azərbaycanda ilk “neft dalğası”nın iqtisadiyyata təsirləri

Rövşən Qəniyev
 

Bakıda ilk neft quyusunun fontan vurması əslində yeni bir dövrün başlanğıcı hesab olunur. Torpağın qatmanlarından çıxan bu qara, qoxulu maddənin xalqa ağ günlər vəd etməsini əngəlləyən böyük bir maneə var idi: imperiya.   (Ətraflı)

 

Terrorizm və beynəlxalq münasibətlər (Eməni terrorunun faktları əsasında)

Yaqub Yaqubov
20.02.2007

“Terror” məfhumunun dildə hər gün istifadə edilən mənasından daha geniş bir anlamı var. Günümüzdə “terror” məfhumu adətən radikal ideoloji qruplar tərəfindən aparılan silahlı mübarizəni ifadə edir. “Terror” sözünün tərcüməsi “qorxutma” mənasına gəlir. Ancaq bu qorxutma olduqca böyük həcmlidir və insanların bütün həyatını əhatə edəcək qədər bir qorxu vəziyyətini və təzyiq göstərməyi ifadə edir. (Yüklə)

 
Erməni terrorizminin yaranması beynəlxalq maraqlar sistemində
Yaqub Yaqubov
12.11.2006

Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir. Yarandığı ilk gündən onun məqsədi və hədəfi sülhün təhlükəsizliyi, mübafiəsiz və köməksiz türk xalqı və azərbaycanlılar, kürdlər və bütün müsəlmanlar olmuşdur. (Yüklə)

 

"Erməni Soyqırımı": tarixi həqiqət yoxsa ajiotaj?

Rövşən Qəniyev
19.05.2013

İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər.  (Ətraflı)

 
Erməni terrorizmi və Azərbaycan
Yaqub Yaqubov
03.10.2006

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqının ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ- mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən— min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış mərkəzi dağıdılıb viran viran edilmişdir. (Yüklə)

 
Erməni terrorizmi
Yaqub Yaqubov
02.12.2006

1920-ci ildə Cənubi Qafqazda başlanan Sovet Rusiyası işğalları Azərbaycanın tarixi torpaqlarında yaradılan Ermənistan Respublikasından da yan kecmədi. Bu proses Azərbaycan ucun fəlakət idisə, Ermənistan ucun bir hədiyyə idi. Erməni ideoloqları belə duşunurdulər ki, məhz bu xristian imperiyasının tərkibində onlar oz niyyətlərinə nail olub, Qafqazda yeganə dovlət olacaq  (Yüklə)

 

Qarabağ hadisələri

Rövşən Qəniyev

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir, ərazisi 4,4 min kv.m, Azərbaycan Respublikası ümumi ərazisinin 5,1%-ni təşkil edir. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əskəran, Hadrut, Ağdərə, Martuni və Şuşa inzibati rayonları daxildir. (Yüklə)