Erməni siyasi ideologiyasının növbəti hədəfi: Cavaxetiya
Xülasə
Məqalə Gürcüstanın Cavaxetiya bölgəsində erməni separatizminin genişlənməsi haqqındadır. Burada qeyd edilir ki, ermənilər Cavaxetiya bölgəsində say üstünlüyündən istifadə edərək separatizmə meyl edirlər. Ermənistanda da Cavaxetiya problemi böyük maraq dairəsindədir. Cavaxetiyadakı proseslərin öyrənilməsi Azərbaycanın da strateji maraqlarına uyğundur.
Açar sözlər: separatizm, Gürcüstan, Cavaxetiya, siyasi proseslər, muxtariyyət
Müasir erməni siyasi mühitinə təsir göstərən əsas məsələlərdən biri də Cavaxetiya problemidir. Ermənilər Gürcüstanın Cavaxetiya bölgəsində siyasi cəhətdən ilk öncə müxtariyyət, daha sonra isə azadlıq istəklərinə malikdirlər. Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin radikal təşkilatlarından olan «Virk» partiyası bölgənin muxtariyyəti barədə məsələni yenidən gündəmə gətirməkdədir. Bununla bağlı partiyanın bəyanatlarında qeyd olunur ki, Gürcüstanın ermənilər yaşayan Samtsxe-Cavaxetiya regionu üçün ən optimal variant, Acarıstanda olduğu kimi, siyasi müxtariyyətə malik olmaqdır. Bölgə ermənilərinin əsas məqsədi çiçəklənmə və rifaha nail olmaq və başqa xalqların yaxşı yaşamasına maneə törətməməkdir. Bu məqsədə nail olmaq üçün Samtsxe-Cavaxetiyaya müstəqillik və öz müqəddəratını təyin etmək lazımdır.
Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər son zamanlar separatçı əməllərini və iddialarını getdikcə artırır. Bəzən bu proseslər Dağlıq Qarabağı xatırladır(1). Gürcüstanda ərazi məsələsilə bağlı yeni problemlər yarada biləcək belə iddialar fonunda bundan əvvəl ermənilər Tiflisi Cavaxetiya sakinlərinə qarşı «demoqrafik terror»da ittiham etmişlər. Ermənilər Gürcüstan tərəfindən ermənilərin siyasi hüquqlarının davamlı olaraq pozulduğunu iddia edirlər(3)
Bir neçə erməni təşkilatının birgə bəyanatında bildirilir ki, Gürcüstan hökuməti Cavaxetiya ermənilərinə qarşı «repressiyalar»ı davam etdirir. Ermənilərin Cavaxetiya məsələsində qorxusu mesxeti-türklərinin ölkəyə qayıtmağa başlaması ilə daha da güclənmişdir. Həmçinin erməniləri narahat edən digər bir məsələ Gürcüstan müstəqil olduqdan sonra burada azərbaycanlı əhalinin artması və daha geniş ərazilərdə məskunlaşmasıdır(4).
«Virk» partiyası isə bildirir ki, Cavaxetiya ermənilərinin Vaaqn Çaxalyan, Qriqor Minasyan, Sarkis Akopcanyan və Qrişi Avakyan kimi ictimai və siyasi xadimlərinin həbsi, həmçinin digər fəallara qarşı repressiyalar bölgənin erməni əhalisində qorxu və həyəcan yaradır, buradan ermənilərin köçməsi hallarını artırır. Bütün bunlar ermənilər tərəfindən Gürcüstan hökumətinin məqsədyönlü şəkildə yürütdüyü demoqrafik terroru adlandırılır.
Cavaxetiya erməniləri Qars-Tiflis-Axalkalaki-Bakı dəmiryol xəttilə də bağlı layihəyə də etiraz edirdilər. İrəvanda fəaliyyət göstərən «Cavakx» cəmiyyəti, «Mitk» analitik mərkəzi, «Yerkir» Birliyi, Virk Partiyası və «Cavakx» xalq hərəkatı Cavaxetiyanın «qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu»nu daima bildirir və guya, 18-ci əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayır.
Ermənilərin bu ərazidə muxtariyyət yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biri də Cavaxetiyanın geosiyasi və geoiqtisadi səhətdən əlverişli ərazidə yerləşməsidir. Belə ki, Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlarından biridir, şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir. Ərazidən mühüm boru kəmərləri və dəmir yolları, təkcə region ölkələri üçün deyil, həm də Avropa və Amerika üçün çox önəmli olan Bakı-Tiflis-Ceyhan, Bakı-Batumi-Supsa neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri keçir və Bakı-Tiflis-Qars-Axalkalaki dəmir yolunun da keçməsi nəzərdə tutulmuşdur.
Strateji və spesifik əhəmiyyətini nəzərə alaraq əvvəllər Gürcüstan ərazisində yerləşən və 2007-ci ildə ölkədən çıxarılmış iki Rusiya hərbi bazasından biri Batumidə, digəri isə Axalkalaki şəhərində olmuşdur(5). Bütün qeyd olunanlar bir daha göstərir ki, müxtəlif ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr həqiqətən də Cavaxetiyanı təhlükəli region kimi təqdim etmək niyyətindədirlər.
Rəsmi Tbilisi isə bunun ermənilər və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmış ssenari əsasında həyata keçirildiyini dərk edərək, Ermənistanın regionda siyasi proseslərə təsirini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi edir. Gürcüstan tərəfi isə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir ayrıseçkiliyin edilmədiyini, onlara digər etnik azlıqlara olduğu kimi münasibət bəsləndiyini bəyan edir. Lakin ermənilərin siyasi partiya və təşkilatları Gürcüstan tərəfinin gətirdiyi arqumentlərlə razılaşmaq niyyətində deyillər. Onların fikrincə, Cavaxetiyada olan ermənilərin hüquqlarının pozulması məsələsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır və bu istiqamətdə erməni diasporu, eləcə də Ermənistan dövlətinin fəaliyyəti daha da güclənməlidir(6). Hətta bir sıra erməni müəllifləri və siyasi xadimləri Ermənistanı bu məsələdə həddən artıq yumşaq olmaqda ittiham edirlər. Gürcüstan höküməti ermənilərin bu siyasi məqsədlərini önləmək məqsədi ilə bölgədə güclü yerli hakimiyyət formalaşdırmaq niyyətindədir.
Beləliklə, yekunda onu deyə bilərik ki, Cavaxetiya problemi erməni siyasi ideologiyasının iddialılığı ilə bağlıdır. Ermənilər əslində yenə də öz strateji başqalarının torpaqlarına yiyələnmək planlarından əl çəkməməkdədirlər. Bu isə öz növbəsində regionda böyük problemlərə yol aça bilər. Bunu o sübut edir ki, Ermənistanda nazirlər kabinetinin yanında “Birləşmiş Cevaxk” təşkilatı fəaliyyət göstərir. Bu qurum dövlət büdcəsindən maliyyələşdirilir. Qurumun lideri Şirak Torosyan həm də parlamentin deputatıdır. (2).
İstifadə edilmiş ədəbiyyat:
- Qaraxanlı, R. Cavaxetiya Dağlıq Qarabağı xatırladır: Sarkisyan Gürcüstanın ərazi bütövlüyünü şübhə altına salır, yerli ermənilər isə polisi qətlə yetirərək qiyamçıları qaçırır // Azərbaycan. - 2008.-26 avqust. - N 189. - S.7
- Börüsoy Ə. Ahısqada erməni separatizmi yenidən alovlanır. Nəfəs İnformasiya Agentliyi. 07/04/12
- Армянское и азербайджанское меньшинства Грузии; Доклад Международной Кризисной Группы, N°178 Европа 22 ноября 2006
- Арутюнян А. Проблема джавахка и ответственность Aрмении.// Джавахк проблемы и перспективы. 2008. с.23-47
- Джавахетия. Международно-правовые аспекты защиты прав армянского национального меньшинства Грузии, политическая и социально-экономическая ситуация в регионе на современном этапе. http://www.ararat-center.org
- Минасян С. Этнические меньшинства Грузии: потенциал интеграции на примере армянского населения страны;; Кавказский институт СМИ, 2006 г стр. 13
Якуб Якубов
диссертан
Азербайджанская Национальная Академия Наук
Институт Философии, Социологии и Права
yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313)
Следующая цель армянской политической идеологии - Джавахетия
Резюме
В статье речь идет о расширении армянского сепаратизма в регионе Грузии Джавахетии. Следует отметить, что число армян в Джавахетии как правило помогает воспользоватся сепаратизму. Проблема армян Джавахетии представляет большой интерес в Армении. Стратегически Азербайджан также заинтересован в исследовании данной проблемы.
Ключевые слова: сепаратизм, Грузия, Джавахетия, политические процессы, автономия
Yagub Yagubovcandidate for a degree
Azerbaijan National Academy of Sciences,
Philosophy, Sociology and Law Institute
yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313)
The next target of the Armenian political ideology- Javakheti
Summary
The article is about the expansion of Georgia's Javakheti Armenian separatism in the region. It should be noted that the number of Armenians in Javakheti tend taking advantage of separatism. The problem is of great interest in the Javakheti Armenians. Cavaxetiyadakı the strategic interests of learning processes.
The article focuses on the expansion of Armenian separatism in Javakheti region of Georgia. It should be noted that the number of Armenians in Javakheti usually helps vospolzovatsya separatism. The problem of the Armenians of Javakheti is of great interest in Armenia. Strategically Azerbaijan is also interested in the study of this problem.
Key words: separatism, Georgia, Javakheti, political processes, autonomy