Heydər Əliyev və erməni təcavüzünə qarşı mütəşəkkil diplomatik mübarizə
XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycan nəinki Ermənistan nizami qoşunlarının, erməni xüsusi xidmət orqanlarının və erməni terrorizminin təcavüzünə məruz qaldı, eyni zamanda diplomatik sahədə Azərbaycana qarşı bir savaş başlandı. Bu savaşda əsas məqsəd Azərbaycanı təcavüzkar kimi təqdim etmək idi. Bu məqsədlə Ermənistan dövləti, erməni diasporası və erməni kapitalı ilə birgə planlı şəkildə fəaliyyətə başlamışdı.Göstərilən fəaliyyət istiqamətində hər üçünün öz yerləri var idi. Ermənistan dövləti həqiqətə uyğun olmayan bəyənatlar verir, müharibənin guya Azərbaycanın Goranboy əməliyyatı ilə başladığını və Azərbaycan aviasiyasının xankəndinin mütəmadi bombardıman etdiyini bildirirdi. Təcavüzün kökünün Sumqayıt hadisələrinə gedib çıxması haqda ideyaları öz təbliğatlarında fəal şəkildə istifadə edirdi. Erməni diasporu informasiya müharibəsində bu məlumatların xaricdə yayılmasında, KİV-lərə ötürülməsində və xaricdə təsir imkanlarına malik ermənilərdən və onların dostlarından istifadə edilməsində Ermənistan dövlətinə köməklik edirdi. Erməni kapitalı diasporanın bütün tədbirlərini maliyyələşdirir, rüşvət və digər ”həvəsləndirmələr” vasitəsilə müxtəlif böyük dövlətlərdə müəyyən dövlət və hökümət adamlarını, ictimai-siyasi xadimlərini ələ alırdı. Bütün bu namillər Ermənistan-Azərbaycan münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinədüzgün çatdırılmasında əngəl yaradırdı. Nəticə olaraq azərbaycan həm torpaqlarını itirir, həm əhalisi qırılır, və ya qaçqına çevrilir, həm də ən pisi, dünyada erməni milli azlığının yaşam hüquqlarını pozan dövlət kimi təqdim edilirdi. Erməni diasporunun bu işdə xüsusi nailiyyət əldə etdiyi ölkələr arasına dünyanın siyasi düzənini müəyyən edən ABŞ, fransa, Rusiya, böyük Britaniya kimi nəhənglər daxil idi. Azərbaycanda fərqli olaraq ermənistan öz işini hətta müsəlman ölkələrindəqura bilmişdi. Hətta azərbaycanın qonşusu. əhalisinin böyük əksəriyyətinin azəri türklərindən ibarət olduğu İranda belə Azərbaycanın təbliği işi Ermənistandan zəif təşkil olunmuşdur.
Azərbaycanda isə ölkənin xarici təhlükəyə qarşı qüvvələrini səfərbər edəcək, onu ayağa qaldıracaq bir dövlət başçısına ehtiyac vardı. Azərbaycan bir tərəfdən Ermənistan təcavüzü, bir tərəfdən erməni terrorizmi, digər tərəfdən də Azərbaycanın müstəqilliyini təhlükəyə salmaq istəyən dövlətlətlərin xüsusi xidmət orqanları tərəfindən hücumlara məruz qalmışdır. Onu bu vəziyyətdən yalnız dövləti idarə etmə təcrübəsinə, hərbi-əməliyyat biliyinə, xalqın sevgisinə və dəstəyinə, beynəlxalq hörmətinə görə seçilən bir şəxs çıxara bilərdi. Göstərilən dövr Azərbaycan tarixi isə yalnız bir nəfər belə insan tanıyırdı. O da Azərbaycan xalqının ümummilli lideri, mərhum prezident cənab Heydər Əliyev idi. Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi bir dövlət insanı idi. Uzun illər DTK sıralarında kəşfiyyat-əməliyyat sahəsində çalışmış, daha sonra respublikanın və ittifaqın idarəçilərindən biri olmuşdur. SSRİ hakimiyyətinə gələn M. Qarbaçov isə Heydər Əliyevi özünə təhlükə sayaraq siyasət sahəsindən uzaqlaşdırmışdır. Ancaq Heydər Əliyevin qəlbi daim xalqı ilə birgə döyünmüşdür. “20 yanvar” faciəsi zamanı vətəndan uzaqda, bu faciə günahkarlarının gözü önündə, Moskvada öz etiraz səsini ucaldan yeganə şəxs Heydər Əliyev olmuşdur. Bütün maneələrə baxmayaraq 1993-cü il iyunun 15-i Heydər Əliyev yenə dövlətimizin idarəsini öz əlinə almaqla tariximizdə bir dönüş yaratdı. Tarix Heydər Əliyevin gəlişinə sevindi. Çünki, Heydər Əliyev hər zaman erməni millətçiliyinin qarşısında dayanan bir sipər idi. Ermənilər Qarabağ məsələsini ortaya atılması və Azərbaycan torpaqlarını ilhaq edilməsi iltiqamətində uğurlara yalnız Heydər Əliyevin siyasi səhnədən uzaqlaşmasından sonra nail ola bildilər. “...Qarabağ problemini bu şəkildə uydurmaq, acı bağırsaq kimi uzatmaq, 20 yanvar, 26 fevral soyqırımlarını törətmək, ölkə ərazisinin beşdə birini işğal etmək, bir milyon soydaşımızı yurdlarından ayrı qoymaq, xalq hərakatının içinə simasız, əqidəsiz. Gündə bir havaya züy tutan”komsomalları”, “drujinnikləri” iqtidara məsul vəzifələrə yiyələndirmək, onları Azərbaycana düşmən bir nöqtədən idarə etmək üçün Heydər Əliyev siyasi bürodan deyil, bütün siyasət aləmindən uzaqlaşmalıydı...” (1)
Həqiqətən də tarix bunları sübut etdi. Ancaq Heydər Əliyev Azərbaycan xalqını xilas etmək üçün Allahın hökmü ilə yenə tarix səhnəsinə Azərbaycanın dövlət başçısı kimi qayıtdı. Heydər Əliyevin qayıtması Azərbaycan tarixinin çox çətin bir dövrünə düşdü. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələb olunsa da, Ermənistan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozaraq təcavüzü davam etdirir, işğalı genişləndirirdi. Azərbaycan əlində olan hüquqi əsaslardan ermənilərə qarşı təsir vasitəsi kimi hələ istifadə edə bilmirdi. Həmin təsir vasitələrini əldə etmək üçün Azərbaycan xarici siyasətində yenidənqurma aparıb,təsir mexanizmlərini formalaşdırmaq lazım idi. Bunun üçün isə ilk növbədə böyük dövlətlərlə yenidən iş qurmaq lazım idi. Bu yolların axtarışı ilə əlaqədar Heydər Əliyev çıxışlarının birində deyəcəkdir: “Bizim başlıca məqsədimiz işğal edilmiş torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyün bərpasıdır, iki mühüm yol vardır: birincisi, döyüşləri bərpa edib müharibə yolu ilə nəyin bahasına olursa olsun, işğal edilmiş torpaqları azad etmək, digər yol məsələni dinc yolla danışıqlar vasitəsilə həll etməkdir. Başqa yol yoxdur.”(2) Ancaq Heydər Əliyev Azərbaycanı daha da uçuruma aparacaq olan qanlı yolu seçmədi. Heydər Əliyev Azərbaycan dövlətini dirçəltmək, beynəlxalq miqyasda nüfuzunu artırmaq yolunu seçdi. əvvəlcə 1993-cü ildə dekabr əməliyyatı zamanı Ermənistan ordusunun hüçümu dayandırıldı. Azərbaycan torpaqlarının azad olunmasına başlandı. Fəqət Azərbaycanın vəziyyəti hələ geniş miqyaslı hərbi əməliyyatlar aparmağa imkan vermirdi. Çünki Azərbaycan dövlətini möhkəmləndirmək, idarəni mərkəzləşdirmək, cəmiyyətin ümidlərini özünə qaytarmaq və böyük dövlətlərin maraqlarını dəyişmək lazım idi. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşi dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma əldə olundu. Beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı. Məhz atəşkəsə nail olduqdan sonra bütün bu işlər üçün geniş imkan və şərait yaranmış oldu və bu sahədəki işlərin vüsəti xeyli artdı. Heydər Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqlqarı aparıldı” (3).
Atəşkəs əldə edildikdən sonra Ermənistanın təcavüzünü dayandırmaq və torpaqların qaytarılmasını təmin etmək istiqamətində Heydər Əliyevin atdığı ilk addımlardan biri böyük dövlətlərdə Azərbaycana münasibəti müsbət istiqamətdə dəyişmək oldu. Bu istiqamətdə Heydər Əliyev ilk addımlarını hələ atəşkəsdən qabaq atmışdı. 1993-cü il il dekabr hərbi kompaniyasının gedişində Heydər Əliyev yalnız özünə məxsus bir uzaqgörənliklə erməni diasporasının böyük dayaqlara malik olan Fransaya ayın 19-da rəsmi səfər etdi. Heydər Əliyev bununla Ermənistan diplomatiyasına və onun diaspor fəaliyyətinə bir zərbə endirdi. Heydər Əliyevin apardıqları danışıqlar onunla nəticələndi ki, Fransa dövlət başçısı Fransua Mitteran Azərbaycan- Ermənistan münaqişəsi zamanı zor tətbiqini pislədi və Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət edilməsinin vacibliyini bildirdi (4). Azərbaycanın səsi indiyə qədər eşidilməyən instansiyalardan eşidilməyə başlandı. Fransa səfəri zamanı Heydər Əliyev orada yaşayan azərbaycanlılılarla görüşlər təşkil edərək onların gücündən elə Azərbaycanın xarici siyasətində istifadə edilməsinin əsasını qoydu.
Ermənistan hər sahədə Azərbaycanı təklməyə çalışırdı. Bu isə öz nöbəsində Azərbaycanın erməni təcavüzünə və terrorizminə qarşı mübarizəni çətinləşdirirdi. Bu çətinliklərin aradan qaldırılması istiqamətində Heydər Əliyevin atdığı mühüm addımlardan biri Azərbaycan Respublikasının MDB-yə daxil olması, habelə Rusiya Federasiyası ilə soyuqluğun tədricən aradan qaldırılması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı mühüm addımlardan biri oldu.
1994-cü il atəşkəsin imzalanması ilə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyətini gücləndirdi. “1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları imzalanmanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırıldı. 1994-cü ilin dekabr 5- 6-da dövlət başçılarının Budapeşt zirvə toplantısında və həmin ayın 13-15-də Mərakeşdə 52 ölkənin üzvü olduğu İslam Təşkilatının 7-ci zirvə konfransında Heydər Əliyevin çıxışlarında “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilərin Azərbaycana qarşı apardıqları təcavüz siyasəti kəskin tənqid edildi”(5). Heydər Əliyev Azərbaycan xarici siyasətini formalaşdırmişdi və artıq Azərbaycan diplomatiyası erməni yalanları üzərində qələbələr əldə etməyə başlamışdı. “Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanı mövqeyi Ermənistan istisna olmaqla dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu”(6).
1993-2000-ci ilər arasında ümummilli lider Heydər Əliyev ATƏT rəhbərliyi ilə Minsk Qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-in üzvü olan ölkələrin liderləri ilə keçirilən görüşləri bura əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olur. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ prezidenti, xarici işlər naziri ilə 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23,Türkiyə rəhbərliyi ilə 78 dəfə müzakirə etmişdir (7). Heydər Əliyev Türkiyənin Azərbaycana xüsusi yaxınlığı və onun da erməni terrorunun qurbanı olmasını nəzərə almış, erməni yalanlarına qarşı Azərbaycan çox zaman Türkiyə ilə birgə çıxış etmişdir. Türkiyə-Azərbaycan birgə fəaliyyətinin güclənməsində o zamankı Türkiyə Prezidenti S. Dəmirəlin də böyük rolu olmuşdur.
1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq iqtisadi əhəmiyyətini artırdı. Bu gün Azərbaycanın bəhrəsini gördüyü və heydər Əliyevin müəllifi olduğu “Bakı-Ceyhan” layihəsi dövlətimizin böyük dövlətlər tərəfindən beynəlxalq terrorizmindən müdafiəsinə şərait yaratdı. Nəzərə alsaq ki, Ermənistan da bu beynəlxalq terror şəbəkəsinə dəstək verən dövlətlər sırasına aiddir, onda Heydər Əliyev siyasətinin Ermənistanı hansı vəziyyətə saldığını başa düşmək heç də çətin olmaz. Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində Azəırbaycan bu günkü beynəlxalq hüquqi, siyasi, iqtisadi, hərbi münasibətlər sistemində mühüm bir ölkə hesab olunur. Ermənistan isə öz destruktiv mövqeyi ilə özünü bütün Qafqazla əlaqəli olan beynəlxalq iqtisadi layihələrdən təcrid etmişdir. Ermənistan cəmiyyətində Qarabağ məsələsinin həlli ilə əlaqədar gülünc olan fikirlərçox vaxt özünü göstərmişdir. Ermənistan həmişə hərbi sahədə özünün əldə etdiyi ”müvəffəqiyyətli uğurlar”ından Azərbaycana təsir vasitəsi kim istifadəyə çalışmışdır. Məsələn, 28 aprel 2001-ci il tarixdə Ermənistan parlamentində təmsil olunan siyasi partiyalar Qarabağ məsələsi ilə əlaqədar bir qərar qəbul etmişdir. Bu qərara görə Dağlıq Qarabağ ya Ermənistana birləşdirilməli və ya müstəqil olmalıdır. Dağlıq Qarabağın Ermənistanla sərhədi olmalıdır. Dağlıq Qarabağ Azərbaycanla sərhədlərinin təhlükəizliyinə beynəlxalq təminat verməlidir. Ermənistan prezidenti R. Koçaryan bunu yerində bir qərar adlandırmışdır. Ermənistanın savaşda əldə etdiyi üstünlüklərdən sülh danışıqlarında istifadə etmək cəhdi isə sülh prosesini ləngidən əsas amillərdən olmuşdur(8). Ermənistan bu hərəkəti ilə dünyaya mahiyyətcə terrorçu bir dövlət olduğunu göstərməkdədir. Heydər Əliyev özünün fəaliyyəti ilə, xüsusən antiterror əməliyyatlarında NATO ilə əməkdaşlıqla Azərbaycanın terrora “yox!” deməklə özünün bir terror qurbanı olan ölkə olduğunu ortaya qoymuşdur. Azərbaycan isə Heydər Əliyevin rəhbərliyi altında getdikçə dünya iqtisadi-siyasi proseslərinə inteqrasiya etmişdir. “Azərbaycan özünün ATƏT prinsiplərinə, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına sadiqliyini, möhkəm sülhə və regional təhlükəsizliyə maraqlı olduğunu nümayiş etdirdi. Dövlət başçılarının və rəhbər xadimlərin demək olar ki, hamısı Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiklərini bildirdilər”(9).
2001-ci ilin yanvar ayında Azərbaycanın Avropa Şurasına qəbulu ölkəmizin maraqlarının daha bir instansiyada müdafiə edilməsinə şərait yaratdı. Azərbaycanın Avropa Şurasına qəbulu dövlət başçısı tərəfindən həyata keçirilən nəhəng islahatların nəticəsi olmuşdur. Avropa Şurası Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin işini daha effektivləşdirmişdir. Ilham Əliyev öz çıxışlarında Ermənistan dövlətinin bir terrorçu siyasət yeridən dövlət kimi ifşa olunmasına xüsusi yer vermişdir. Onun gətirdiyi dəlillərin doğruluğu, çatdırılma üsulunun məqsədə uyğunluğu və Avropa siyasi dairələrinə təsir gösərə bilən modern bir şəxsiyyətə mailk olması Ermənistan nümayəndə heyətinin Avropa Şurasındakı fəaliyyətini heçə endirmişdir. Avropa Şurası kürsüsündən Azərbaycanın mövqeyini çatdıran zaman İlham Əliyev diplomat kimi vəziyyəti düzgün qiymətləndirib, onu dinləyən auditoriyanın mühakiməsinə çatdıra bilmşdir. İlham Əliyev öz çixışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan torpaqlarının erməni işğalı altında qalması nəinki Azərbaycan üçün, həmçinin Avropa və bütün dünya üçün təhlükəlidir. Çünki ermənlər bu bölgələrdə heç bir nəzarətin olmamasından istifadə edərək işğal olunmuş torpaqlarda qanunsuz narkotik və silah dövriyyəsindən gəlir götürürlər.Bu isə öz növbəsində beynəlxalq terrorizmin inkişafına yardım göstərir”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili cənab İlham Əliyevin AŞPA-nın sessiyasında çıxışı:
Mütəşəkkil cinayətkarlığın artmasının müham səbələrindən biri müvafiq dövlətlərin bu sahəyə az nəzarət etməsi və ya bəzən nəzarət etməməsidir.
Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın biri məhz bizim ərazidir. “Dağlıq Qarabağ Respublikas” deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təşkilatların heç bir nəzarəti yoxdur.
Azərbaycanın ərazisinin 20 faizinin ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşeiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçıların zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazilərdə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranıb.
Mən sizin diqqətinizi bizim təhlükəli vəziyyətimizi göstərən bi neçə fakta yönəltmək istərdim.
- “Dağlıq Qarabağ Respublikası” deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onların “Dağlıq Qarabağ Respublikası”nın bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkoriklərin satışından gələn pulları Azərbaycanın işğal olunmuş ərazisiəldə saxlamaq və muzdlulara haqq ödəmək istifadə edirlər.
- Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdir. Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində yerləşdirilmişdir. Mən sual edirəm: Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu haradan tapdı? Bu regiondakı vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir, Ermənistan əsas etibarı ilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə insan Ermənistanı tərk etmişdir.
Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar, - buna güman çox azdır, ya da narkotiklərin satışından əldə olunan pulla alırlar.
- Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma “respublikanı” çirkli pulların yuyulması sahəsində məhşurlaşdırmışdır.
- Ermənilər Dağlıq Qarabağ ərazisində silahlı birləşmələrə təlimlər keçirlər, bu birləşmələr terrorizmə qarşı beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır.
Biz bütün Avropa strukturlarından xahiş edirik ki, erməni təcavüzkarlarının, işğalçılarının torpaqlarımızdan çıxması üçün, bir milyon azərbaycanlı qaçqının insani hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən ötrü istifadə etməyə son qoymaları üçün ciddi əməli tədbirləri görsünlər (10).
Ilham Əliyev öz çıxışlarında eyni zamanda Ermənistanın beynəlxalq ictimaiyyətin gözü qarşısında işğal edilmiş Azərbaycan torpaqlarında radioaktiv maddələri basdırması haqda məlumatları da Avropa parlamentarilərinin nəzərinə çatdırmışdır. 2003-cü ilin oktyabr seçkilərindən sonra Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirərək Azərbaycanı Transqafqazın ən qüdrətli dövləti səviyyəsinə gətirib çıxarda bilmişdir. Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında əsas məsələnin torpaqlarımız uğrunda mübarizə olduğunu vurğulamaqdadır. “... Bu vəziyyət 10 ildən artıqdır ki, davam edir. Bu ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəsin onilliyi olacaqdır və 10 ilə qədərdir ki, aparılan danışıqlar nəticə vermir. Əlbətdə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç bir zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşılmasını tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara, köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkə digər ölkənin – Azərbaycanın ərazilərini işğal etməsinə imkan verməməliyik...”(11).
Beləliklə, göründüyü kimi Heydər Əliyev kursunun davamçısı və onun həyata keçməsində bilavasitə rəhbər olan İlham Əliyev özünün fəaliyyətinin əsas istiqaməti kimi Ermənistanın təcavüzünə qarşı mübarizəni əsas istiqamət kimi götürmüşdür. Bu işdə xarici siyasət sahəsində çalışanların xüsusi məsuliyyət daşıdıqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən onların nəzərinə çatdırılmaqdadır: “Biz çalışmalıyıq ki, bundan sonra da həm Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdıraq. Eyni zamanda apardığımız xarici siyasət vasitəsilə Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirmək və milli maraqlarımızın daha da yüksək səviyyədə qorunmasına nail olaq. Əlbətdə səfirlərin və səfirliklərin bu istiqamətdə rolu çox mühümdür. Xüsusilə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xaricdə fəaliyyət göstərən diplomatlar daha da fəal olmalıdırlar”(12).
Yekun olaraq onu demək olar ki, Ermənistanın bütün cəhdlərinə və öz hədəflərinə yiyələnmək üçün beynəlxalq terrorizmin imkanlarından istifadə etməsinə baxmayaraq gec-tez o Azərbaycan torpaqlarını tərk edəcəkdir. Çünki, Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası getdikcə hər cəhətdən güclənməkdədir. Onun beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemində yeri Ermənistanla müqayisəyə belə gəlmir. Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində ölkəmiz nəinki terror və təcəvüzün fəsadlarını aradan qaldırmağa müvəffəq oldu, eyni zamanda dünya ictimaiyyətində ədalətli olduğunu sübut etdi və bu istiqamətdə işlər uğurla davam etməkdədir.
Ədəbiyyat siyahısı
- Orucov Hidayət. Şəxsiyyət haqda söz demək məsuliyyəti “Dirçəliş-XXI əsar” jurnalı, may 1999, No 15, s. 21
- Hüseynov Hüseyn. Ermənistan –Azərbaycan münaqişəsi hərbi-syasi baxışlar rakursunda “Dirçəliş –XXI əsr” jurnalı, İyun 2000, No 6(28), s. 97
- Qarabağ müzakirə olunur. Humanitar tədqiqatlar cəmiyyəti. Conciliation Resources. B. 2006, s.17-15(3255)
- Abdullayev Əsgər. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti. Bakı-1998, s.262
- Abdullayev Ə. Göstərilən əsər. S.267
- Qarabağ müzakirə olunur.... s. 15
- Y.o. s.15
- Ömer Lütem. Olaylar və yorumlar. Erməni araştırmaları. Haziran Temmuz Ağustos 2001, sayı 2, s. 7
- Həsənov Əli. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı 2005, s. 459
- Novruzoğlu Rövşən, Yunus oğuz. Qarabağ: Nəzarətsiz zona.. s.11-12
- Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin aprelin 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasından çıxış...29.04.2004.” AzərTAC”
- Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin XİN-də respublikanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin başçıları ilə görüşümdən. 2807.2004. “AzərTAC”