1918-1920-ci illərdə erməni siyasi ideologiyası və insanlıq əleyhinə cinayətlər

Ölçü:
A+
A-
A

Annotasiya

Bəzi xalqlar zorakılığa meylli etnik birliklər kimi tarixə daxil olmuşdur. Öz siyasi maraqlarının təmin edilməsi üçün onlar tərəfindən müxtəlif zorakılıq təzahürləri törədilmişdir. Ermənilər də zorakı siyasi ideologiyalara prioritet verən insanlardır. 1918-1920-ci illərdə xüsusilə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən zorakılıq edilmişdir. Bütün zorakılıq aktları ideoloji kökdə həyata keçirilmişdir. Bu səbəbdən məqalə sözügedən problemə həsr olunur.

Açar sözlər: dövlət siyasəti, zorakılıq, etnik birliklər, Ermənistan 

1918-1920-ci illər arasında da ermənilər onlara məxsus olan etnosiyasi cəhətə sadıq qaldılar. Bu illər ərzində müxtəlif səviyyələrdə və müxtəlif yerlərdə azərbaycanlılara qarşı ermənilər tərəfindən hərbi cinayətlər həyata keçirildi. İlk əvvəl Bakı və onun ətrafında Bakı Soveti vasitəsi ilə, sonra isə Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı Ermənistanın dövlət siyasəti səviyyəsində soyqırım cinayətləri həyata keçirildi. Bu cinayətlərin qısa icmalını verdikdən sonra münaqişənin erməni siyasi düşüncəsindən qaynaqlandığını sübut etmək olar. Çünki proses və hadisələrin gedişi erməni siyasi düşüncəsinin niyyət və məramlarını ortaya çıxara bilər.

Bütün dövrlərdə olduğu kimi bu zaman kəsiyində də erməni siyasi düşüncəsnin başlıca hədəfi müəslman-türk torpaqları əsasında “Böyük Ermənistan” xülyasının reallaşmasına çalışılması idi. Erməni siyasi düşüncəsinin önündə gedən daşnaklar bu istiqamətdə yerli və böyük güclərin timsalında müttəfiqlər arayırdılar. Özünün də erməni millətinə mənsub olmasına baxmayaraq Daşnaksütyun partiyasının məramlarını obyektiv şəkildə ortaya qoyan A. Lalayanın fikirləri diqqəti cəlb edir. Onun yazdığına görə bütün dövrlərdə olduğu kimi 1918-1920-ci illər ərzində də Ermənistan ərazilərini Azərbaycan, Türkyə və Gürcüstan hesabına genişləndirmək istəyən Daşnaksütyun milli münaqişələrin alovlanması istiqamətində dayanmadan çalışırdı.(5)

Onun sözlərinin doğruluğu və 1918-1920-ci illərdə baş verən münaqişələrin erməni siyasi düşüncəsinin fəaliyyətinin nəticəsi olması haqqında faktları ingilis jurnalisti Lidellin sözləri davam etdirir. Qarabağa ezam edilmiş ingilis jurnalistini qərəzdə günahlandırmaq isə mümkün deyildir. Adı çəkilən şəxsin fikrincə Daşnaksütyun partiyası terror mahiyyətli bir təşkilatdır. Həmin təşkilat neçə illərdir erməniləri türklərə, müsəlmanlara qarşı hücumlar etməyə təhrik edir(6,59). Tədqiq edilən dövrdə də istər azərbaycanlılara qarşı həyata keçirilən mart soyqırımı, istərsə də Ermənistan dövlətinin terror siyasəti erməni siyasi düşüncəsinin təhrik edici fəaliyyəti ilə bağlı olmuşdur.

1918-1920-ci illər arasında erməni siyasi düşüncəsinin hərb və təzyiqə, eləcə də zora əsaslanan tərəfləri bir sıra Azərbaycan mənbələrində də zahirə çıxmaqdadır. Bu dövrdə Naxçıvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı etdiyi zülmləri qeydə almış olan Mirzə Bağır Əliyev onların məramlarını belə ifşa edir: “Müqəddimədə söylədiyimiz kimi hər xəyalə əsas ilə ermənilər müsəlmanların əleyhinə qiyam edəcək xəyalinə düşərək ənvayi-təşəbbüsdə bulunur idilər. Buna binaən hər tərəfdə müsəlmanlara təzyiq etmək və acı-acı sözlər ilə qəti münasibətdə bulunmaq kimi ürək sancan rəftarlara başlamışlar idi.... Ermənilər daima cürəbəcürə rollar oynayıb planlar tökür idilər”(4,7)

Ermənilər daxildə planlar hazırlamaqla qalmır, beynəlxalq səviyyədə də özlərinin etdikləri cinayətləri ört-basdır etmək üçün fəaliyyətlərini davam etdirirdilər. Onlar erməni siyasi düşüncəsinin sərsəm ideyalarını tək Qafqazda deyil, hətta coğrafi cəhətdən çox uzaqlarda digər qitələrdə də yayamaq istəyirdilər. Azərbaycan mühacir hərəkatının öncüllərindən olan Mirzə Bala Məmmədzədaə ermənilərin bu fəaliyyətləri haqqında məlumat verməkdədir: “1919-cu ildə Amerikada mühacir ermənilərin nəşr etdirdikləri “Ermənistana dair” kitabında verilmiş Böyük Ermənistan xəritəsində Ermənistan ərazisi ... Türkiyə, İran və Qafqazın türklər yaşayan bütün ərazilərini əhatə etməli idi. ”(3,5)

Bir də onu da əlavə etmək lazımdır ki, 1918-1920-ci illər arasında müxtəlif siyasi partiya və təşkilatlara daxil olaraq onların üzvü oduğunu göstərən ermənilər əslində ermən siyasi düşüncəsindən ayrılmırdılar. Onların siyasi düşüncəsində türk-müəslman xalqlarının cismani məhvi üzərində bir erməni dövləti qurmaq vardı. Misal kimi azərbaycanlıların adı çəkilən dövrdə soyqırımını həyata keçirən S. Şaumyanı göstərmək olar. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Soveitinin 6000 silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Ancaq Şaumyanın mahiyyətini və siyasi görüşlərinin səhnə arxasında qalanını bu fikri ifadə etmişdi: “Azərbaycan millətçilərinin Bakını Azərbaycan xanlığının paytaxtı etmək istəyinə ” yol vermək olmazdı(7,257). Buradan aydın şəkildə görsənir ki, Şaumyanın əsas istəyi erməni millətçilərinin açıq-aşkar lideri olan Daşnaksütyunla üst-üstə düşürdü.

Fikrimizi sübut etmək üçün daha bir iqtibas gətirək. Mart hadisələri ilə əlaqədar olaraq “Azərbaycan” qazetində məqalə ilə çıxış edən Ü. Hacıbəyli Şaumyan və digər erməni millətindən olan bolşeviklərin əslində daşnak mahiyyətlərini dəyişmədiklərini qeyd edirdi: “Sosialist bayrağı altında Şuraya daxil olan daşnak Şaumyan, Saakyan və Arakelyan müsəlman fəhlələrin Bakı Sovetinin tərkibinə daxil olmasına hər cür mane olurdular. Qırmızı Ordu bütünlüklə ermənilərdən ibarət idi. Bu ordunun başında Avakyan dururdu.”(1)

1918-ci il mart soyqırımında yaxından iştirak edən Anastas Mikoyan belə Leninə yazdığı məktubunda ermənilərin əsl niyyətlərinin Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi olduğunu etiraf etmişdir(2). Doğrudur bu etirafın da arxsaında müəyyən maraqlar dayanmışdı. Maraqların başında mərkəzə obyektiv görünmək istəyi dayanırdı. Onsuz da Qafqaz regionunda bolşevik siyasəti də ermənilərin əlində idi. Bir sözlə erməni siyasi düşüncəsi öz adamlarını digər siyasi cərəyanlar kimi bolşevizmin də ən üst səviyyələrinə daxil edə bilmişdi. Həmin adamlar isə 1918-1920-ci illər ərzində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarda az rol oynamamışdılar.

Ermənilər 1905-1907-ci illərdə rusların yardımı ilə xalqımızın başına gətirdiklərini eynilə 1918-1920-ci illərdə də təkrarlayıblar. Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır.

Tarixə «Mart faciəsi» kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdi. Bu məqsədyönlü talanlar, qırğınlar zamanı nə qoca, nə cavana, nə də körpələrə aman verilməmiş, adamların vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Qarabağ və Zəngəzurda, habelə Azərbaycanın digər şəhər və kəndlərində yüz minlərlə Azərbaycan türkü işgəncə ilə öldürüldü, evlər qarət edildi, yandırıldı.

Həmin dövrdə daşnak qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımı başda Stepan Şaumyan olmaqla erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. Ermənilər törətdikləri hadisələri azərbaycanlıların adlarına çıxır, panislamizm və pantürkizm düşüncələrini ortaya ataraq guya tamamilə yer üzündən silinmək üzrə olduqlarını dünyaya yayırdılar. Onlar bu həyasız iddialarından hələ də əl çəkməyiblər.

1918-ci il mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

Mart soyqırımı sonrdan Azərbaycan Respublikası rəhbərliyi tərəfindən azərbaycanlıların soyqırım günü kimi qeyd edilməyə başladı. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikasının Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən hər il martın 31-də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi yad edilir. 1998-ci il martın 31-də Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul edərək, BMT-dən, Parlamentlərarası İttifaqdan, ATƏT-dən, Avropa Şurasından, MDB-dən, digər beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdi.

Azərbaycan üçün doğma xalqımızın müsibətləri baxımından fəciələrlə dolu bu illər Naxçıvan və Zəngəzur qəzasından da yan keçməmişdir. 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutmuşdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı (Culfa r-nu) kəndinin əhalisinə divan tutulmuş, kənd viran qoyulmuşdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılmış və Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilmişdir.

Qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əli yalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulmuşdur.

Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmışdır. Təxminən 200 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdır. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etmişdir.

1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətmişdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınmış, Dəmirçi kəndi dağıdılaraq qarət olunmuş, 60 nəfər həbs edilərək İrəvana göndərilmiş, 200 nəfər Arazı keçmək istərkən çayda boğulmuşdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarışlaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olmuşdur.

1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da mahalın azərbaycanlı əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edilmişdir. Təxminən iki aylıq “erməni idarəçiliyi” (1919, may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 600 nəfərə yaxın dinc sakin həbs olunmuş, təqribən 150 nəfərə isə dəhşətli işgəncələr verilmişdir. Bölgənin yerli əhalisinin “erməni idarəçiliyi”nə qarşı bir həftəlik üsyanın (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soyqırımların qarşısını almışdır.

Ermənilərin yürütdükləri “yandırılımış torpaq” - etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdir. Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə, Andronikin işğalı və “erməni idarəçiliyi” zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdur. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdir.

Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdir. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həminərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdır:

Zəngabasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparlmış 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir.

Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu mahallardan 50000 iri və xırda buynuzlu mal-qara aparılmış, onların 500 min nəfərlik əhalisi tamamilə yoxsul vəziyyətə salınmışdır. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 mindən çoxu aclıq və xəstəliklərdən tələf olmuşdur. Qaçqınların 70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda və onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdır(9).

Yekunda onu deyə bilərik ki, erməni siyasi ideologiyası bütün dövrlərdə olduğu kimi 1918-20-ci illərdə də özünün aqressiv mahiyyətinə safiq qalmış və hərbiləşmiş halda tarixə daxil olmuşdur. Erməni iyasi ideologiyasında bu cür yanaşma tərzi özünü daha sonralar da davm etdirdi. 1970-80-ci illərdə türk diplomatları məhz erməni hərbi-siyasi birləşmələri tərəfindən qətlə yetirildi. Azərbaycan torpaqlarına təcavüz də erməni siyasi ideologiyasının terrorçu mahiyyətini göstərdi.  

İstifadə edilmiş ədəbiyyat:

  1. “Azərbaycan” qazeti 31 mart 1919-cu il
  2. Ermənilər özləri haqqında http://azefun.net/xeberler/2062-erm601nil601r-czl601ri-haqqjenda.html
  1. Məmmədzadə M. B. Ermənilər və İran. Bakı “Azərnəşr” 1993, 40 s.
  2. Əliyev M. B.Qanlı günlərimiz (1918-1920, Naxçıvan) Bakı “Azərnəşr” 1993, 142 s.
  3. Лалаян А. Контрреволюционный “дашнакцутюн” и империалистическая война 1914-1918 гг. Ставка “Дашнакцутюн” на империалистическую войну // Революционный Восток. Орган научно-исследовательской  ассоциации поизучению национальных и колониальных проблем, № 2—3 (36-37), М., 1936,стр. 76—99.
  4. Помпеев Ю. А. Кровавый омут Карабаха. Баку, издательство "Азербайджан", 1992, 208 с.
  5. Шаумян, С. Г. Избранные произведения [Текст] : в 2 т. Госполитиздат, 1958 - . т. 2 : 1917 - 1918 гг. - 411 с
  1. Ленин В.И. Полное собрание сочинений. издательство политической литературы М., 1970
  1. http://dmfa.nakhchivan.az/page.php?page=09&lang=az

Якуб Якубов
Национальная Академия
 Наук Азербайджана,
диссертант Института Философии, Социологии
 и Права.
yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

Армянская политическая идеология и преступления против человечности в 1918-1920 годах

Резюме

Некоторые народы вошли в историю как этнические единицы склонные к насилию. Для удовлетворения своих политических интересов они осуществляли акты насилия в различных проявлениях. Армяне также народ, который давал и дает преимущество политическим идеологиям насилия. 1918-1920 годы – это период армянского насилия в отношении других народов, в особенности в отношении азербайджанского народа.   Все акты насилия имели идеологический корень. По этой причине статья посвящена выше указанной проблеме. Во время написания статьи использована литература по назначению.

Ключевые слова: государственная политика, насилия, этнические общины, Армения 

Yagub Yagubov
Azerbaijan National Academy of Sciences,
Philosophy, Sociology and Law Institute
yagubyagubov@mail.com
Tel.: (+994 50 613 2313) 

The Armenian political ideology and crimes against humanity in 1918-1920

Resume

Some peoples entered into the history as ethnic units inclined to the violence. For the provision of their political interests they perpetrated acts of violence in different manifestations. Armenians are also people which gave and give priority to the political ideologies of violence. 1918-1920 are the years of Armenian violence against other people, especially Azerbaijani people. All acts of violence had ideological roots. For this reason the article is dedicated to the abovementioned problem. In the process of writing the article relevant literature was used.

Key words: state policy, violence, ethnic communities, Armenia

 Nəşr olunub: “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnal, № 1, səh. 99-103, Bakı,  BDU  Tarix fakultəsi, 2013

PDF olaraq yüklə